SOSİAL SİYASƏT KURSU – 2

Sosial İş Məktəbi yeni “Sosial Siyasət – 2” kursunu sizə təqdim edir!

Kursun qısa təsviri: Bu kursda iştirakçılar sosial siyasət nədir, dövlətlər niyə əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasətlər qəbul edir, ölkələrdəki sosial-iqtisadi vəziyyət siyasətlərin yaradılmasına necə təsir edir, sosial siyasətin hansı formaları vardır kimi suallara cavab tapacaqlar.

Bu kursda iştirakçılar:

  1. Sosial siyasətlə bağlı əsas konseptləri, nəzəriyyələri və ideyaları öyrənəcək;
  2. Sahədə istifadə olunan rifah dövləti, siyasət gündəliyi, siyasi iqtisad, qərarvericilik mexanizmi, siyasət dövriyyəsi və s. terminləri mənimsəyəcək;
  3. Siyasətlərin yaradılması və icrası mexanizmi ilə bağlı praktik bacarıqlar əldə edəcək;
  4. Siyasətlərlə bağlı ideyalarını strukturlaşdıracaq, akademik yazı və təqdimat bacarıqlarını inkişaf etdirəcəklər.

Kurs hər biri 90 dəqiqədən ibarət olmaqla 8 (+ 1 bonus dərs) dərsi əhatə edir. Kurs müddətində tələbələr 8 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. 

Kursun modulları
1. Sosial siyasətə giriş: əsas anlayışlar, rifah dövləti
2. İdeoloji perspektiv, idarəetmə formaları
3. Siyasət dövriyyəsi
4. Siyasi iqtisadiyyat və qərarvericilik mexanizmi
5. Yoxsulluq və yoxsulluqla mübarizə siyasətləri
6. Pensiya siyasəti, hesablanması və icrası
7. Əmək bazarı siyasətləri
8. Azərbaycanda sosial siyasət
9. Yekun mövzu – Sosial müdafiə, sosial siyasət, sosial iş və yekun quiz

Kursun tarixləri: 4 Aprel – 2 May 2023-cü il (Çərşənbə axşamı və Şənbə günləri)

Kursun başlama saatı: 20:00 – 21:30 (1,5 saat)

Kursun təlimçiləri: Lamiyə Rzayeva-Əhmədli və Pünhani Əsgərli


KURS ÖDƏNİŞLİDİR!

Kursun standart qiyməti – 79 AZN | Tələbələr üçün isə – 69 AZN

Kursun haqqında daha ətraflı məlumat üçün kursun məlumat kitabçasına keçid edə bilərsiniz:

Müraciət forması:

https://forms.gle/fQQtzMmxQNH5dFFg6

ƏLAQƏ VASİTƏLƏRİ

Kursa qeydiyyatdan keçmək və ödənişi etmək üçün @sosial_ish_mektebi instagram səhifəsi və ya +994 55 813 20 21 nömrəsi ilə əlaqə saxlayın.

TÜRKİYƏLİ MÜTƏXƏSSİS SOSİAL İŞ TƏLƏBƏLƏRİNƏ DƏRS KEÇMİŞDİR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində 20–27 noyabr tarixlərində Türkiyədən beynəlxalq sosial sosial iş üzrə mütəxəssis Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə dərs keçmək üçün Azərbaycanda dəvət edilmişdir. Qeyd etmək istərdik ki, on ildən artıq olan iş təcrübəsində Dr. Yaman-Kennedy qısa müddət Türk Qızıl Aypara Cəmiyyətində çalışmış, daha sonra doqquz il Kocaeli Universitetinin Sosial İş Kafedrasında müəllim işləmişdir. Hazırda UNICEF Türkiyə və BMT-nin Əhali Fondunun Türkiyə üzrə məsləhətçisi kimi fəaliyyət göstərən Dr. Yaman-Kennedy bir çox yerli, milli və beynəlxalq təşkilatlara və qeyri-hökumət təşkilatlarına konsultasiyalar verməklə məşğul olur.

Səfər çərçivəsində Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə yeniyetmə və gənclərlə sosial iş, sosial işin etik prinsipləri və nəzəriyyələri, insan alveri qurbanları ilə sosial iş və digər mövzularda dərslər keçmiş, tələbələrə Türkiyədəki sosial xidmət və sosial xidmət müəssisələri haqqında məlumatlar vermişdir. Bundan əlavə,  25 noyabr 2022–ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Miqrant və Qaçqınlarla sosial iş” mövzusunda açıq ictimai seminar təşkil olunmuşdur. Seminarda müxtəlif universitetlərdə təhsil alan 50–dən çox sosial iş tələbəsi iştirak etmişdir. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın çıxışı ilə yekunlaşmışdır.