Sosial İş Məktəbi yeni “Sosial Siyasət – 2” kursunu sizə təqdim edir!
Kursun qısa təsviri: Bu kursda iştirakçılar sosial siyasət nədir, dövlətlər niyə əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasətlər qəbul edir, ölkələrdəki sosial-iqtisadi vəziyyət siyasətlərin yaradılmasına necə təsir edir, sosial siyasətin hansı formaları vardır kimi suallara cavab tapacaqlar.
Bu kursda iştirakçılar:
- Sosial siyasətlə bağlı əsas konseptləri, nəzəriyyələri və ideyaları öyrənəcək;
- Sahədə istifadə olunan rifah dövləti, siyasət gündəliyi, siyasi iqtisad, qərarvericilik mexanizmi, siyasət dövriyyəsi və s. terminləri mənimsəyəcək;
- Siyasətlərin yaradılması və icrası mexanizmi ilə bağlı praktik bacarıqlar əldə edəcək;
- Siyasətlərlə bağlı ideyalarını strukturlaşdıracaq, akademik yazı və təqdimat bacarıqlarını inkişaf etdirəcəklər.
Kurs hər biri 90 dəqiqədən ibarət olmaqla 8 (+ 1 bonus dərs) dərsi əhatə edir. Kurs müddətində tələbələr 8 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər.
Kursun modulları |
---|
1. Sosial siyasətə giriş: əsas anlayışlar, rifah dövləti |
2. İdeoloji perspektiv, idarəetmə formaları |
3. Siyasət dövriyyəsi |
4. Siyasi iqtisadiyyat və qərarvericilik mexanizmi |
5. Yoxsulluq və yoxsulluqla mübarizə siyasətləri |
6. Pensiya siyasəti, hesablanması və icrası |
7. Əmək bazarı siyasətləri |
8. Azərbaycanda sosial siyasət |
9. Yekun mövzu – Sosial müdafiə, sosial siyasət, sosial iş və yekun quiz |
Kursun tarixləri: 4 Aprel – 2 May 2023-cü il (Çərşənbə axşamı və Şənbə günləri)
Kursun başlama saatı: 20:00 – 21:30 (1,5 saat)
Kursun təlimçiləri: Lamiyə Rzayeva-Əhmədli və Pünhani Əsgərli
KURS ÖDƏNİŞLİDİR!
Kursun standart qiyməti – 79 AZN | Tələbələr üçün isə – 69 AZN
Kursun haqqında daha ətraflı məlumat üçün kursun məlumat kitabçasına keçid edə bilərsiniz:
Müraciət forması:
https://forms.gle/fQQtzMmxQNH5dFFg6
ƏLAQƏ VASİTƏLƏRİ
Kursa qeydiyyatdan keçmək və ödənişi etmək üçün @sosial_ish_mektebi instagram səhifəsi və ya +994 55 813 20 21 nömrəsi ilə əlaqə saxlayın.
