Sosial İş Məktəbi Azərbaycanda sosial iş və sosial müdafiə sahələrində ana dilimizdə olan məlumat azlığını aradan qaldırmaq, sosial iş tələbələrinə, müəllimlərinə və sosial müdafiə sahəsində fəaliyyət göstərən şəxslərə müvafiq mövzularda nəzəri və praktik məlumatların ötürülməsi məqsədilə yaradılmış ilk milli onlayn platformadır. Sosial İş Məktəbinin yaradılmasında əsas məqsəd sosial işçilər və sosial müdafiə mütəxəssislərinin bilik və bacarıqlarını artırmaqla ölkəmizdə sosial xidmətlər və sosial müdafiənin keyfiyyətinin artırılmasına töhvə verməkdir.

Siz burada peşəkar sosial işçilər və sosial müdafiə mütəxəssisləri tərəfindən yazılmış məqalə və esseləri, bu sahədə istifadə olunan ən məhşur dərsliklərdən götürülmüş və dilimizə tərcümə edilmiş mühazirələri, sosial iş və sosial müdafiə sahəsində aparılmış tədqiqatların nəticələrini oxuya, sahədə baş verən hadisə və tədbirlər haqqında öyrənə biləcəksiniz.

Sosial İş Məktəbi həmçinin sizlərə yerli və beynəlxalq mütəxəssislər tərəfindən həyata keçirilən vebinar və onlayn dərslərə qoşulmaq imkanı təqdim edəcəkdir.

%d bloggers like this: