
Elvin Muradov
Sosial işçi
2014-cü ildə Azərbaycan Turizm və Menecment Universitetinin Sosial iş ixtisasını bitirib. Daha sonra Bakı Dövlət Universitetində magistratura təhsili alıb. 2018-ci ildə BDU-nu bitirib. Həmin il BDU-da doktorantura mərhələsi üzrə təhsilini davam etdirib. Sosial iş sahəsində beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarda həm könüllü həm əməkdaş kimi fəaliyyət göstərib. 2013-cü ildən başlayaraq küçə həyatına məruz qalmış uşaqlarla, məişət zorakılığı qurbanları ilə, əlilliyi olan şəxslərlə, deinstutlaşma, icma əsaslı reabilitasiya və sair istiqamətlərdə sosial iş fəaliyyəti göstərmişdir. Bir çox yerli və beynəlxalq kurslarda iştirak etmişdir. “İnklüziv inkişaf” siyasəti üzrə Avstriyada davamlı kurslar və konfranslarda iştirak edib. 2018-ci ildən bu günə kimi Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə pedoqoji fəaliyyət göstərir. Eləcə də 2017-ci ildən bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi”də sosial iş üzrə mütəxəssis vəzifəsində çalışır. Sosial iş sahəsində təlimçidir. Hal-hazırda BDU-nun doktorantı olaraq “sosial problemlər” istiqaməti üzrə təhsilini davam etdirir.