
Lamiyə Rzayeva-Əhmədli sosial iş və sosial tədqiqat üzrə Azərbaycanda, Sosial müdafiə sistemlərinin təhlili və qurulması üzrə Almaniyada təhsil almışdır.
Sosial iş təhsilinin və peşəsinin təkmilləşdirilməsi, uşaq müdafiəsi, icma və vətəndaş cəmiyyəti quruculuğu, gənclərin iştirakçılığının artırılması, miqrasiya sahələrində Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Almaniyada 10 ilə yaxın təcrübəsi vardır. O, həmçinin BDU və ADMİU-da sosial işi bakalavr və magistr pillələrində tədris etmişdir.
Lamiyə Rzayeva-Əhmədli həmçinin layihə yazılması və idarəedilməsi üzrə peşəkar təlimçidir.
Azərbaycan, türk, rus, ingilis və alman dillərini bilir.

Xanbala Əhmədli sosial iş üzrə bakalavr, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş üzrə magistr təhsilini Azərbaycanda almışdır. Hal-hazırda Almaniyanın Köln Universitetində Sosiologiya və Sosial Tədqiqat üzrə ikinci magistr təhsilini alır.
Miqrant, qaçqın və məcburi köçkünlərlə sosial iş, sosial tədqiqat, vətəndaş cəmiyyəti quruculuğu sahələrində 7 ilə yaxın təcrübəsi vardır. O, həmçinin BDU və ADMİU-da sosial iş ixtisasını bakalavr və magistr pillələrində tədris etmişdir.
Azərbaycan, türk, ingilis və alman dillərini bilir.

İlahə Şıxıyeva Bakı Dövlət Universitetində Sosial iş ixtisasının bakalavr pilləsi üzrə
dördüncü kurs tələbəsidir. İlahə bu ixtisasda ingiliscə təhsil alır.
O, tələbəlik dövründə şəxsi inkişafına və sosial aktivliyinə xüsusi diqqət yetirmiş və
bir neçə qurumda fəaliyyət göstərmişdir. İlahənin layihə yazılması və
idarəedilməsinə xüsusi marağı vardır. O bir çox layihələrin yazılması və icrası
prosesində iştirak etmişdir.
Azərbaycan, türk, ingilis dillərini bilir.