Sosial İş Məktəbi “Sosial işdə nəzəriyyələr və onların tətbiqi” adlı yeni onlayn kursunu təqdim edir!

Bu kurs müddətində sosial işdə nəzəriyyələrin əhəmiyyəti, sosial işdə geniş istinad edilən nəzəriyyələr və praktik modellər, nəzəriyyə və praktik modelləri fərqləndirən cəhətlər, onların sosial iş kontekstində tətbiqi, faydası və məhdudiyyətləri, nəzəriyyələrlə bağlı cari müzakirələr haqqında mövzular əhatə ediləcək.

Kurs sosial işçilər, sosial iş tələbələri, sosial xidmət və sosial müdafiə sahəsində işləyən mütəxəssislər və sosial iş ixtisasında dərs deyən müəllimlər üçün nəzərdə tutulub.

Kursun tarixi: 15 fevral – 19 mart 2023-cü il

Kursumuz hər həftə Çərşənbə və Bazar günləri 1.5 saat olmaqla saat 20:00 – 21:30-da Zoom platformasında keçiriləcək.

Kursun müəllimi: Günay Laxman İsmayılova, sosial iş üzrə mütəxəssis və ABŞ-ın Kolumbiya Universitetinin məzunu

Kurs 9 + 1 moduldan ibarədir. Modullar aşağıdakı kimidir:

Sosial işdə nəzəriyyələr mövzusuna giriş: əsas anlayışlar, fərqlər, məhdudiyyətlər
Sistemlər nəzəriyyəsi
Davranış (Biheviorizm) və Sosial öyrənmə nəzəriyyəsi
Psixodinamika nəzəriyyəsi
İnkişaf perspektivi
Rasional seçim perspektivi
Konflikt nəzəriyyəsi
Praktik modellər (1-ci hissə) Problemin həlli modeli, Tapşırığa yönümlü praktika, Həllə yönələn terapiya
Praktik modellər (2-ci hissə) Narrativ terapiya, Koqnitiv-Davranış terapiyası, Böhrana müdaxilə modeli

Kursda iştirak ödənişlidir. Ödəniş: 89 AZN

SİM Məzunlarına 20% endirim olacaq.

Qeydiyyat forması:

%d bloggers like this: