Lamiyə Rzayeva-Əhmədli

Sosial işçi, sosial müdafiə üzrə mütəxəssi və tədqiqatçı

Lamiyə Rzayeva-Əhmədli sosial iş və sosial tədqiqat üzrə Azərbaycanda, Sosial müdafiə sistemlərinin təhlili və qurulması üzrə Almaniyada təhsil almışdır.

Xanbala Əhmədli

Sosial işçi və tədqiqatçı

Xanbala Əhmədli sosial iş üzrə bakalavr, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş üzrə magistr təhsilini Azərbaycanda almışdır. Hal-hazırda Almaniyada ikinci magistr təhsilini alır.

Tünzalə Verdiyeva

Sosial işin təşkili kafedrasının müdiri

Tünzalə Verdiyeva Pedaqogika üzrə fəlsəfə doktorudur. Hal-hazırda Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasını müdiri vəzifəsində çalışır.

Tamilla Əlizadə

Sosial işçi

Tamilla Əlizadə 2018-ci ildən Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə fəlsəfə doktorluğu proqramı üzrə dissertanurada təhsil alır.

Gülnar Abbasova

Sosial işçi və müəllim

Gülnar Abbasova 2014-cü ildə Azərbaycan Dillər Universiteti bakalavr pilləsini, 2016-cı ildə Türkiyə Respublikası Hacettepe Universitetinin sosial iş ixtisası məzunudur.

Tərlan Tağıyeva

Sosial işçi

2014-2016-cı illərdə Azərbaycan Universitetində sosial iş üzrə magistr təhsili alıb. 2018-ci ildən təhsilini BDU-nun sosial iş üzrə doktrorantura pilləsində davam etdirir.

Məftunə İsmayılova

Mütəxəssis, Sosial Xidmətlər Agentliyi

Məftunə İsmayılova. 2001 ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Sosial iş sahəsində fəaliyyət göstərən beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarda könüllü kimi fəaliyyət göstərib.

Leyla Məmmədxanlı

Sosial işçi

Leyla Məmmədxanlı Sosial iş üzrə bakalavr dərəcəsini 2014-2018-ci illərdə Bakı Dövlət Universitetində əldə etmişdir. Gənclər, könüllülərlə, uşaq və yeniyetmələrlə iş, qeyri-formal təhsil sahəsində 4 ildən çox fəaliyyəti vardır. 

%d bloggers like this: