
Tamilla Əlizadə
Müəllim
Tamilla Əlizadə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalvr təhsili, 2014-2016-cı illərdə isə “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” ixtisaslaşması üzrə magistr təhsil almışdır. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində sosial iş ixtisası üzrə təcrübə keçmişdir. 2018-ci ildən Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə fəlsəfə doktorluğu proqramı üzrə dissertanurada təhsil alır. Təhsil və fəaliyyət müddətində UNİCEF, Azərbaycan Uşaq Birliyi, Memoria Center, Təmiz Dünya” İctimai Birliyi, “Sos” uşaq kəndləri, Təhsildə İnnovasiyalar Mərkəzi, Amerikan Hüquqşünaslar Assosiasiyasının Mərkəzi və Avropa nümayəndəliyinin layihəsi çərçivəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində olan İnsan Alverinə qarşı Mübarizə Mərkəzi, Azərbaycan Sosial İş İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində və s. müxtəlif təlimlərdə iştirak etmişəm.
2018-2019-cu illərdə Təhsil Nazirliyi, UNİCEF və Azrbaycan Respublikasının Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi Azərbaycanda Gənclərlə iş və Gənclər siyasəti üzrə Menecerlərin hazırlanması üzrə Akademik Kursda iştirak edərək bu ixtisaslaşma üzrə instruktor statusunu qazanmışdır, “Gənclər işi və Gənclər siyasəti üzrə Menecment “ tədris Proqramının hazırlanmasında iştirak etmişdir.
Bununla yanaşı 2020-ci ildə Sosial iş ixtisası üzrə yeni təhsil standartının hazırlanmasında iştirak etmişdir.
2020-ci ildə BP-nin “Bringing İnternational Knowledge to Azerbaijan” sosial layihəsi çərçivəsində Florida Atlantik Universitetinin professoru Allan Evard Barskinin “Sosial işdə etik prinsiplər və dəyərlər” dərsliyini Azərbaycan dilinə tərcümə etmişdir.