“Sosial İş Məktəbi” yeni “SİM11: Sosial Xidmət Meneceri” adlı onlayn kursunu təqdim edir.

Kurs haqqında məlumat
“Sosial Xidmət Meneceri” kursu sosial xidmət meneceri olan və olmaq istəyən şəxslər üçün dizayn edilmişdir. 10 modulu əhatə edən kurs sosial xidmətin təməl anlayışları, nəzəri bilikləri və menecer olmaq üçün yumşaq bacarıqların inkişafına yönəlmişdir. Hər bir modul öz sahəsinin tanınmış mütəxəssisi tərəfindən keçiriləcək. Kurs hər biri 120 (+5) dəqiqədən ibarət olmaqla 10 dərsi əhatə edir. Kurs müddətində tələbələr 10 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. Sonda bonus dərs təşkil olunur, burada iştirakçılar ilə kursun dərslərinin ümumi müzakirəsi baş tutur, iştirakçılar öz suallarını müəllimlərə ünvanlaya bilərlər. Həmçinin, quiz və qiymətləndirmə formasının üzərində işlənir.
Bu kursda sizi nə gözləyir?
- 7 tanınmış mütəxəssis
- Beynəlxalq sertifikat
- 10 modul + 1 bonus dərs
- Əsas və əlavə mühazirə materialları
- Peşəkar mütəxəssislər ilə netvörking
- Əyləncəli və praktik tapşırıqlar
- Dərslərin videoqeydini təkrar izləmə imkanı
“SİM11: Sosial Xidmət Meneceri” kursu 30 mart 2024-cü il tarixində başlayacaq və 23 aprel tarixinə qədər davam edəcək. Kurs ümumilikdə 10 modul + 1 bonus dərsdən ibarətdir.
Kursda müvəffəqiyyətlə iştirak edən hər bir şəxs Sosial İş Məktəbi və Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası tərəfindən beynəlxalq sertifikat ilə təltif olunacaqdır.
Qeydiyyatdan keçmək və əlavə məlumat üçün bizə yazmağa tələsin!
Əlavə vasitələri: (055) 813 20 21