SOSİAL SİYASƏT KURSU – 2

Sosial İş Məktəbi yeni “Sosial Siyasət – 2” kursunu sizə təqdim edir!

Kursun qısa təsviri: Bu kursda iştirakçılar sosial siyasət nədir, dövlətlər niyə əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasətlər qəbul edir, ölkələrdəki sosial-iqtisadi vəziyyət siyasətlərin yaradılmasına necə təsir edir, sosial siyasətin hansı formaları vardır kimi suallara cavab tapacaqlar.

Bu kursda iştirakçılar:

  1. Sosial siyasətlə bağlı əsas konseptləri, nəzəriyyələri və ideyaları öyrənəcək;
  2. Sahədə istifadə olunan rifah dövləti, siyasət gündəliyi, siyasi iqtisad, qərarvericilik mexanizmi, siyasət dövriyyəsi və s. terminləri mənimsəyəcək;
  3. Siyasətlərin yaradılması və icrası mexanizmi ilə bağlı praktik bacarıqlar əldə edəcək;
  4. Siyasətlərlə bağlı ideyalarını strukturlaşdıracaq, akademik yazı və təqdimat bacarıqlarını inkişaf etdirəcəklər.

Kurs hər biri 90 dəqiqədən ibarət olmaqla 8 (+ 1 bonus dərs) dərsi əhatə edir. Kurs müddətində tələbələr 8 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. 

Kursun modulları
1. Sosial siyasətə giriş: əsas anlayışlar, rifah dövləti
2. İdeoloji perspektiv, idarəetmə formaları
3. Siyasət dövriyyəsi
4. Siyasi iqtisadiyyat və qərarvericilik mexanizmi
5. Yoxsulluq və yoxsulluqla mübarizə siyasətləri
6. Pensiya siyasəti, hesablanması və icrası
7. Əmək bazarı siyasətləri
8. Azərbaycanda sosial siyasət
9. Yekun mövzu – Sosial müdafiə, sosial siyasət, sosial iş və yekun quiz

Kursun tarixləri: 4 Aprel – 2 May 2023-cü il (Çərşənbə axşamı və Şənbə günləri)

Kursun başlama saatı: 20:00 – 21:30 (1,5 saat)

Kursun təlimçiləri: Lamiyə Rzayeva-Əhmədli və Pünhani Əsgərli


KURS ÖDƏNİŞLİDİR!

Kursun standart qiyməti – 79 AZN | Tələbələr üçün isə – 69 AZN

Kursun haqqında daha ətraflı məlumat üçün kursun məlumat kitabçasına keçid edə bilərsiniz:

Müraciət forması:

https://forms.gle/fQQtzMmxQNH5dFFg6

ƏLAQƏ VASİTƏLƏRİ

Kursa qeydiyyatdan keçmək və ödənişi etmək üçün @sosial_ish_mektebi instagram səhifəsi və ya +994 55 813 20 21 nömrəsi ilə əlaqə saxlayın.

SOSİAL İŞ TARİXİNİN 9 ƏN NÜFUZLU QADINI

Sosial iş illər  boyu bir çox qadın pionerlərin davamlı dəyişikliklər etdiyi bir peşədir. Bu qadınların və qadınların tarixi ayının şərəfinə, biz sizə dünya tarixindəki 9 ən nüfuzlu qadın sosial işçiləri tanıtmaq istəyirik. 

1) Annamaria Kampanini – Professor Kampanini Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti, Avropa Sosial İş Tədqiqatı Şəbəkəsinin həm-təsisçisidir. O, İtalyanın Parma Universitetində Sosial iş üzrə bakalavr, Urbino Universitetində Sosiologiya üzrə magistratura, Trieste Universitetində Sosial işin nəzəriyyə və metodologiyası üzrə doktorantura təhsili almışdır. Professor Kampanini Milan Bicocca Universitetində sosial iş və sosiologiya üzrə tədris aparmaqla yanaşı, həmçinin İtaliyada və bütün dünyada Sosial iş təhsilinin təkmilləşdirilməsi, bu sahədə tədris prosesini həyata keçirən mütəxəssislərin, tədqiqatçıların təcrübələrini paylaşması üçün müvafiq platformaları istiqamətində əvəzsiz rola malikdir. 

2) Fransis Feldman (Frances Feldman) (1913-2008) – Frances Feldman Kaliforniya Universitetinin professoru və sosial iş pioneri idi. O 1970-ci illərdə xərçəng xəstələrinin iş yerində ayrı seçkiliklə üzləşdiyini göstərən əsaslı tədqiqat aparmışdı. Onun araşdırması işə götürənlər və iş yoldaşlarının xərçəngdən xilas olmuş şəxslərə sərt hətta qeyri-qanuni  tez-tez sərt tətbiq etdiyinə dair ilk sistematik  sübutlar  təmin etmişdir. Milli Sosial işçilər Federasiyasına görə, bəzi ştatlarda təhsilə görə ədalətli əmək qanunveriliciyinə dəyişikliklər edilib. 50 ildən çox Feldman işin və həyatın sosial və psixoloji mənalarını araşdırdı. 

3) Qreys Koyle (Grace Coyle) (1892-1962) – Qreys Koyle sosial iş praktikasında qrup işini inkişaf etdirilməsində və populyarlaşdırılmasında olan roluna görə çox məşhurdur. Onun ən tanınmış məqalələri Təşkilatlanmış qruplarda sosial proses (1930), Qrup təcrübələri və demokratik dəyərlər (1947) və Sosial işçilərin peşəkar təhsilində sosial elmlər (1958) və s.dir.

4) Meri Riçmond (Mary Ellen Richmond) (1961-1938) – Sosial işin peşəkarlaşdırılması və standartlaşdırılması üçün çalışan ilk sosial işçilərdən biridir. O, sosial işi idarə etmək üçün ilk prinsip bəyənatını yaratmış və onun çox məşhur çıxışlarından biri 1897-ci ildə olan Milli Xeyriyyə və düzəlişi konfransında olmuşdur. Meri Riçmond burada sosial işçiləri yetişdirmək üçün məktəblərə səslənərək, onları sosial iş sahəsində standartlar yaratmağa çağırır. Onun “Sosial diaqnoz” adlı kitabı özündə hüquq, tibbi, psixologiya, psixiatriya və tarixi əks etdirən ilk sosial işlə bağlı kitab olmuşdur.

5)  Edit Abot (Edith Abbott) (1876-1957) – Nebraska vətəndaşı olan Sosial iş sahəsində magistratura və iqtisadiyyat sahəsində doktorluq dərəcəsi olan, Çikaqo Univetsiteti və London İqtisadiyyat məktəbdində təhsil almış Edit Abbot akademik karyerasının çox hissəsini Çikaqo Universitetində Sosial Xidmət Administasiyası məktəbinin dekanı vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 1935-ci il Sosial Təminat Aktının yazılmasına kömək etmiş, və Çikaqo Universitetinin aktual sosial problemlər və sosial rifah siyasətləri üzrə orijinal tədqiqat nəşrinə həsr olunmuş “Sosial Xidmət İcmalı” jurnalını yaratdı. O həmçinin Prezidenlərdən biri olan Franklin D.Rooseveltin müşaviri olmuş Harry Hopkinsin məsləhətçisi və daha sonra Amerika Sosial iş Məktəbləri Asossasiyasının və Milli Sosial iş Konfransının prezidenti olmuşdur. 

6) Fransis Perkins (Frances Perkins) (1880 – 1965) – Frances Perkins D. Ruzveltin dövründə əmək naziri vəzifəsində çalışan Prezident Kabinetinin üzvü olan ilk qadın olmuşdur. Əmək islahatlarının ömürlük çempionu, Perkins minimum əmək haqqı haqqında qanunun qəbuluna əhəmiyyətli töhvə vermiş, həmçinin o Milli Əmək Münasibətləri Aktı, Ədalətli Əmək Standartları Aktı və Sosial Təhlükəsizlik Aktını hazırlayanlardan idi. Əmək Departamentinin Vaşinqtondakı qərargahı indi onun adınadır.

7) Alis Solomon (Alice Solomon) (1872 – 1948) – alman sosial islahatçısı və sosial işin akademik disiplin kimi inkişafının əsas pionerlərindən biri idi. 1920-ci ildə o Almaniyada Qadınların Sosial və Pedaqoji Fəaliyyəti üzrə Almaniya Akademiyasını yaratdı. Akademiyanın spikerləri arasında Albert Enşteyn, Karl Qustav Yunq və Helen Veber kimi məhşur simalar var idi. 1920-30-cu illərdə o, Almaniyada yoxsulların sosial və iqtisadi vəziyyəti ilə bağlı 13 monoqrafiya yayımlamışdı. 1933-cü ildə o Nazilər tərəfindən öz yəhudi kimliyinə görə təzyiqlərə məruz qaldı və Nyu Yorka köçməli oldu. Onun Almaniya vətəndaşlığı və bütün elmi dərəcələri əlindən alındı, ABŞ-da isə o, yenidən vətəndaşlıq aldı, 1944-cü ildən ömrünün sonunadək Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasiyasının və Beynəlxalq Qadınlar Federasiyasının prezidenti vəzifəsində çalışdı. 

8) Işıl Bulut – Professor Bulut Türkiyənin məhşur Hacettepe Universitetinin ilk sosial iş məzunlarından biridir. O, Türkiyədə sosial işin bir sıra sahələri üzrə ilk tədris proqramlarını yaratmış, müxtəlif yenilikci metodların istifadəsini təşviq etmişdir. Onun əsas təcrübə sahələri arasında klinik sosial iş, qruplarla sosial iş, psixodram, psixiatrik sosial iş, ailələrlə sosial iş, əlilliyi olan şəxslərlə sosial iş kimi müxtəlif sosial iş sahələri var. Işıl Bulut Başkent Universitetində 20 ildən çox Sosial işi tədris etməklə yanaşı, həmçinin, erkən nikahın qarşısının alınması onun ən önəm verdiyi sahələrdən biridir. Prof.Bulut yerli xüsusiyyətlərə uyğun ailə qiymətləndirilməsi ailəti yaratmışdır və həmin alət həm tədqiqatçılar, həm də sosial işçilər tərəfindən istifadə olunmaqdadır. 

9) Ceyn Adams (Jane Addams) (1860-1935) – Bəlkə də düynada ən məşhur və ən çox anılan qadın sosial işçi olan Ceyn Addams dünyanın ilk yaşayış evlərindən birini – Çikaqoda məşhur Hull House-u qurmuş və 1931-ci ildə Nobel Sülh Mükafatını almışdır. O, özü də Hull Houseda kömək etməyi düşündüyü (hədəflədiyi) insanlar arasında yaşayırdı, Çikoqonun yoxsullarının problemləri ilə yaxından tanış oldu və müvafiq olaraq evin servisləri arasına kitabxana, gimnaziya, yetişkinlər və uşaqlar üçün dərs otaqları və s. var idi.  Onun insanlarla işi Çikaqo Təhsil Şurasında və İdarəetmə Məktəbi Komitəsində növbəti vəzifəsini qazanmasına səbəb oldu. O, Çikaqo Vətəndaşlıq və Xeyriyyəçilik Məktəbini qurdu və Milli Xeyriyyə və İslahatlar Konfransının ilk qadın prezidenti oldu. Daha sonra Qadın Sülh Partiyasının və Haaqada Qadınların Beynəlxalq Sülh Konqresinin prezidenti oldu.

Bu qadınların hamısı akademik, siyasət, peşəkarlaşma və sülh sahəsində tarixi nailiyyətlərə doğru irəliləyərək sosial işçi kimi təcrübələri ilə öz arzu və istəklərini reallaşdırdılar. Bir çoxları məşhur karyeralarına sosial iş üzrə magistr dərəcəsi qazanmaqla başladılar. İllər sonra belə, onların əməyi qiymətləndirilir, qoyduqları miras dünyada on minlərlə sosial işçinin yoluna işıq saçmağa davam edir. 

Mənbələr: https://msw.usc.edu/mswusc-blog/9-most-influential-women-in-the-history-of-social-work/ 

https://en.wikipedia.org/wiki/Alice_Salomon

Tərcümə və əlavə: Sosial İş Məktəbi

Amartya Sen: İNKİŞAF AZADLIQ KİMİ

İnkişaf azadlıqdır, bu fikir dövrümüzün bəlkə də ən böyük inkişaf mütəfəkkiri olan Amartya Senin fikridir. Əsrlər boyunca, inkişafla bağlı çox sayda nəzəriyyələr mövcud olmuşdur. 1998-ci ildə Nobel mükafatı laureatı Amartya Senin fikrincə azadlıq inkişafın ilkin obyekti və əsas vasitəsidir. 

Sen iqtisadiyyat üzrə Hindistan və Asiyada ilk Nobel  mükafatı laureatıdır. Nobel mükafatını qazanarkən Sen İsveç Kral Elmlər Akademiyası tərəfindən “rifah iqtisadiyyatına verdiyi töhfələrə” və həyati vacib iqtisadi problemlərin müzakirəsində “etik ölçü”nü bərpa etdiyinə görə yüksək qiymətləndirilib. Senə görə, inkişaf demokratiya və insan hüquqlarının qorunması ilə gücləndirilir. Bu haqqlara misal olaraq, söz, vicdan, sərbəst toplaşma və mətbuat azadlığını misal göstərə bilərik. Bu haqqlar dürüst, təmiz, yaxşı hökumətin olma ehtimalını artırır. O iddia edirdi ki, dünya tarixində demokrasiyanın formalaşmasında heç bir aclıq baş verməyib. Bu ona görədir ki demokratik hökümətlərin seçkilərdə qalib gəlməyə və ictimai qınaqla üzləşməyə, aclıq və digər fəlakətlərin qarşısını almaq üçün tədbirlər görməyə gücü olmalıdır. 

İnkişaf insan azadlığının genişləndirilməsi prosesidir. Bu proses insanlara  elə həyat qurmağa kömək edir ki, onların yaşamaq üçün həqiqi səbəbləri olsun. 

Bu səbəbdən inkişaf məhkumluğun əsas mənbələrinin aradan qaldırılmasını tələb edir: yoxsulluq və tiranlıq, zəif iqtisadi imkanlar, sosial məhrumiyyətlər, repressiv dövlətlərin dözümsüzlüyü yaxud həddən artıq fəallığı. Sen iddia edirdi ki, bir-biri ilə bağlı 5 növ azadlıq mövcuddur: siyasi azadlıq, iqtisadi imkanlar, sosial imkanlar, şəffaflıq və təhlükəsizlik. Dövlət vətəndaşları ictimai təhsilin təşkili, səhiyyə, sosial təhlükəsizlik şəbəkələri, yaxşı makroiqtisadi siyasətlər, məhsuldarlıq və ətraf mühitin qorunması ilə təmin etməklə azadlıqların dəstəklənməsində rola malikdir. İnsanların nəyə nail ola biləcəyinə iqtisadi imkanlar, siyasi azadlıqlar, sosial güclər və yaxşı sağlamlıq imkanları, minimum təhsil və təşəbbüslərin təşviqi və inkişafı təsir edir. Sen hesab edir ki, Asiya və Şimali Afrikadakı qadınlara da eyni sağlamlıq imkanları göstərilsə idi, dünyada 100 milyon qadın daha çox olardı. Senin fikrincə “bacarıqların məhdudlaşdırılması” yoxsulluğun müəyyən olunması üçün aşağı gəlirdən daha yaxşı bir tədbirdir. Yüksək ÜDM həyat səviyyəsinin əksər tədbirlərində inkişafa səbəb olsa da, istisnalar möcuddur. Aşağı ÜDM’li adam başı gəlirin aşağı olduğu bəzi ölkələr, Məsələn Şri Lanka, Çin və Hindistanın Kerala vilayətində orta ömür uzunluğu və savadlılıq səviyyəsi Brazilya, Cənubi Afrika və Nabiya kimi zəngin ölkələrlə müqayisədə daha yüksəkdir. Həmçinin Afro-Amerikanlar Çin və Hindistanın bölgələrindəki kişilərdən daha aşağı ömür sürürlər, baxmayaraq ki, Afro-Amerikanların orta real gəlirləri xeyli yüksəkdir. 

Bəziləri azadlığı siyasi sabitliyə və inkişafa potensial maneə kimi görürlər. Onlar azadlığı, təşəbbüsü və sahibkarlığı boğmaq, fərdi təşkilatın işini və fəaliyyətini və fərdi agentliyin işini və korperativ fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edir. Amartya Sen Sinqapurun keçmiş baş naziri Li Kuan Yuya və onun siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə edilən Asiya dəyərləri nəzəriyyələrinə etiraz edir. Senə görə bir-birindən çox fərqli əhali və adət-ənənələrə malik və dünya əhalisinin 60%-ni təşkil edən Asiya dəyərləri yoxdur. Həmçinin Dani Rodrikin də dediyi kimi, avtoritar rejimlərin iqtisadi göstəriciləri ya çox yaxşı, ya da çox pisdir- bu əsasən çox pis olaraq qiymətləndirilir. Əksər demokratiyalar isə orta yeri tutur.

Bəs necə oldu ki, Şərqi Asiyanın dinamik iqtisadiyyatı bu qədər sürətlə inkişaf etdi?  Sen dövlətin məktəb təhsili, səhiyyə xidməti, torpaq islahatı və mikrokredit şəklində təqdim etdiyi sosial imkanları vurğulayır. Bu iqtisadiyyat bazara girən fərdlərin uğurlarına arxalanırdı. İqtisadiyyatın bu növu demokratik olmasa da, Korea, Tayvan və Tayland zamanla daha demokratik oldu. Sen Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) insan inkişafı ilə bağlı düşünməsində, o cümlədən insan inkişafının üç əsas ölçüsündə ölkədə orta naliyyətləri ölçən birləşmiş indeks olan İnsan İnkişafı İndeksinin (İİİ) yaradılmasında mühüm rol oynamışdır. İnkişaf dedikdə doğuş zamanı gözlənilən orta ömür uzunluğu və sağlam yaşam, böyüklər üçün nəzərdə tutulmuş savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil ocaqları üçün ümumi qəbul göstəriciləri, alıcılıq qabiliyyəti ABŞ dolları ilə adambaşına düşən ÜDM ilə ölçülən həyat səviyyəsi nəzərdə tutulur. İnsan inkişafı konsepsiyası tək bir indeksin ölçə biləcəyindən daha geniş olmasına baxmayaraq, İİİ insan rifahının ölçülməsi üçün güclü bir alternativ təqdim edir. 

Sen BMTİP ilə 2004-cü il İnsan İnkişaf Hesabatı “Bu günkü dünyada mədəni azadlıq” mövzusunda sıx əməkdaşlıq edirdi.  Bu hesabat iddia edir ki, insan inkişafının mühüm elementi mədəni azadlıq və ayrıseçkiliyə məruz qalmadan mədəni dəyərlərini həyata keçirmək azadlığıdır.  Mədəni azadlıqlar əsasən insan hüquqları və 21-ci əsrdə getdikcə dəyişən cəmiyyətinin inkişafı üçün qəbul edilməlidir. Bütün insanlar öz etnik, dil və din azadlıqlarını qorumaq hüququna malik olmalıdır.   İqtisadi qloballaşma mədəni azadlıqların qorunmadığı və hörmət edilmədiyi şəraitdə uğur qazana bilməz, mədəni müxtəlifliyə qarşı ksenofobik davranışlar müəyyən olunmalı və aradan qaldırılmalıdır. 

Senin dedikləri ilə bağlı çox az adam mübahisə edə bilər. Faktiki olaraq, bir çox müşahidəçilər onun düşüncələrini bayağı hesab edirlər. Lakin əsas problem öz vətəndaşlarına azadlıq verməyən dövlətləri necə dəyişmək olar məsələsidir. Senin bunlar bağlı bəzi tövsiyələri var.

Üstəlik, azadlıq kəsirləri hələ də mövcud olmağa davam edir və bu vəziyyət geriyə doğru dəyişə bilər. Siyasi azadlıqlar ABŞ və Yaponiya, həmçinin Avropa oliqarx gücləri şəxsi maraq siyasəti ilə kompromisə gəlməyə çalışırlar. Proteksionizm geniş bir anlayışdır, xüsusi ilə Yaponiya və Avropada kiçik və orta iqtisadi azadlığı məhdudlaşdırır. Zənginlərin səhiyyə və təhsil xidmətlərinə yoxsullara nisbətən çıxışı daha yaxşı olduğu üçün sosial imkanlar məhduddur. Sen milli azadlıqlar məsələsində bizlər üçün yaxşı xidmət göstərmişdir. Bu məsələlər nə qədər çox müzakirə edilərsə bir o qədər yaxşıdır. Lakin inkişaf böyük dəyişiklər tələb edir. Daha fundamental olaraq, Amartya Sen fərdi azadlıqların cəmiyyətdəki roluna toxunmur,  birlikdə azad yaşamaq üçün hər kəs bəzi azadlıqlarından məhrum olmalıdır/imtina etməlidir.

Müəllif:

Con Vest

İcraçı Direktor

Asian Century Institute

www.asiancenturyinstitute.com

Ədəbiyyat siyahısı: 

– Amartya Sen. Development as Freedom. 1999

– United Nations Development Programme (UNDP). Human Development Report 2004, “Cultural Liberty in Today’s Diverse World”.

Tərcümə edən:

Nazilə Quliyeva, Sosial İş Məktəbi

Mənbə: https://www.asiancenturyinstitute.com/development/333-amartya-sen-on-developmentas-freedom#:~:text=Development%20is%20the%20process%20of,they%20have%20reason%20to%20live%E2%80%9D 

“AZƏRBAYCANDA SOSİAL XİDMƏTLƏR VƏ PROQRAMLAR” MÖVZUSUNDA VEBİNAR

Vebinar haqqında

Sosial İş Məktəbinin növbəti vebinarı “Azərbaycanda Sosial Xidmətlər və Proqramlar” haqqında olacaq. Vebinarın keçirlməsində məqsəd ölkəmizdə olan sosial xidmətlər və proqramlar haqqında sosial işçiləri, sosial iş tələbələrinini məlumatlandırmaqdır. 

Vebinarın spikeri

Gülqədəm Fərmanlı Dadaşova sosial işçidir. Bakı Dövlət Universitetində sosial iş üzrə bakalavr dərəcəsini tamamlamış, daha sonra Anadolu Universitetində magistr təhsili alıb. Əlilliyi olan şəxslər, uşaqlarla sosial iş, sosial xidmətlər sahəsində sosial işçi kimi fəaliyyət göstərib. Hal-hazırda DOST Agentliyinin sosial xidmət məsələləri üzrə sosial agenti vəzifəsində çalışır.

Vebinarın tarixi: 19 fevral 2023-cü il

Vebinarı saatı: 18:00 – 19:30 (1,5 saat)

Vebinar Zoom platformasında baş tutacaq və iştirak ödənişsizdir.

SİM Təcrübə Proqramı 2023

Sosial İş Məktəbi Təcrübə Proqramı Elanı

Sosial İş Məktəbi (SİM) gənc sosial işçilər və sosial iş tələbələri üçün təcrübə proqramı elan edir.

Təcrübə proqramında iştirak edəcək sosial işçi və ya sosial iş tələbəsi aşağıdakıları əldə edəcək:

● Sosial iş ilə bağlı nəzəri və praktiki təcrübə;

● Sosial iş ilə bağlı kitabxanaya çıxış imkanı;

● Sosial İş Məktəbinin komandası və ekspertlərinin bilik və təcrübəsindən faydalanmaqimkanı;

● Yerli və beynəlxalq səviyyədə sosial işçilər ilə işləmək imkanı;

● Akademik yazı, tədbirlərin təşkili sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı;

● Sosial işlə bağlı beynəlxalq və yerli tədbirlərdə iştirak etmək imkanı;

● Yeni tanışlıqlar vasitəsilə netvörkünü inkişaf etdirmək imkanı və s.

Tələblər:

● Sosial iş üzrə ən azı bakalvar dərəcəsi olmalı və ya ən azından sosial iş üzrə bakalavr tələbəsi;

● Azərbaycan dilində səlis və ingilis dilində isə orta səviyyədə danışmaq və yazmaq bacarıqları;

● Təcrübədən səmərəli faydalanmaq üçün ədalətli, müstəqil işləmək, təşəbbüs və çeviklik nümayiş etdirmək bacarığı;

● İlkin tədqiqat bacarıqlarının olması;

Təcrübəçi nə iş görəcək?

– SİM kursları, onlayn və ənənəvi qaydada təşkil olunan seminarlarını təşkil edilməsində dəstək;

– SİM sosial media hesablarının idarəedilməsi;

– Kurslara qeydiyyatın aparılması və tələbələrlə işin, eləcə də operativ kommunikasiyanın təşkil olunması;

– Sosial iş ekspertləri ilə əlaqələrin qurulması, SİM portalına məqalələrin cəlb olunması;

– Tədbirlərin və görüləcək işlərin planlanmasının təşkili və nəzarət.

Təcrübə müddəti: 6 ay

Necə müraciət etməli?

Təcrübə proqramı ilə maraqlanan namizədlər CV, motivasiya məktubu və 1 dəqiqəlik videonu (1 dəqiqəniz olsaydı özünüz haqqında qarşı tərəfə nə deyərdiniz?) “SİM: Təcrübə Proqramı 2023” başlığı ilə sosialishmektebi@gmail.com email ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 20 dekabr 2022-ci il

TÜRKİYƏLİ MÜTƏXƏSSİS SOSİAL İŞ TƏLƏBƏLƏRİNƏ DƏRS KEÇMİŞDİR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində 20–27 noyabr tarixlərində Türkiyədən beynəlxalq sosial sosial iş üzrə mütəxəssis Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə dərs keçmək üçün Azərbaycanda dəvət edilmişdir. Qeyd etmək istərdik ki, on ildən artıq olan iş təcrübəsində Dr. Yaman-Kennedy qısa müddət Türk Qızıl Aypara Cəmiyyətində çalışmış, daha sonra doqquz il Kocaeli Universitetinin Sosial İş Kafedrasında müəllim işləmişdir. Hazırda UNICEF Türkiyə və BMT-nin Əhali Fondunun Türkiyə üzrə məsləhətçisi kimi fəaliyyət göstərən Dr. Yaman-Kennedy bir çox yerli, milli və beynəlxalq təşkilatlara və qeyri-hökumət təşkilatlarına konsultasiyalar verməklə məşğul olur.

Səfər çərçivəsində Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə yeniyetmə və gənclərlə sosial iş, sosial işin etik prinsipləri və nəzəriyyələri, insan alveri qurbanları ilə sosial iş və digər mövzularda dərslər keçmiş, tələbələrə Türkiyədəki sosial xidmət və sosial xidmət müəssisələri haqqında məlumatlar vermişdir. Bundan əlavə,  25 noyabr 2022–ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Miqrant və Qaçqınlarla sosial iş” mövzusunda açıq ictimai seminar təşkil olunmuşdur. Seminarda müxtəlif universitetlərdə təhsil alan 50–dən çox sosial iş tələbəsi iştirak etmişdir. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın çıxışı ilə yekunlaşmışdır. 

SİM10: PSİXODİAQNOSTİK METODLAR

Bu kurs professional psixodiaqnostikaya ümumi baxışı əhatə edir. İştirakçılar kurs müddətində psixodiaqnostika haqqında ümumi anlayış, psixodiaqnostik metodların növləri, onların işlənilməsi və istifadə məqsədləri haqqında məlumat alırlar. İştirakçılar, həmçinin, özlərini test etmək imkanı əldə edir və bəzi testlərin işlənilmə qaydasını praktiki olaraq sınaqdan keçirmiş olurlar.

Kurs başlama tarixi: 27 noyabr 2022-ci il

Kursun bitmə tarixi: 25 dekabr 2022-ci il

Kurs hər Bazar günü saat 19:00 – 20:30-da 1,5 saat keçiriləcək.

Kursun instruktoru: Psixoloq Ruhəngiz Əhmədova

Kurs ödənişlidir!

Kursa qeydiyyatdan keçmək üçün aşağıdakı formanı doldurun. Daha sonra SİM əməkdaşları sizinlə qeydiyyatın növbəti mərhələsi üçün əlaqə saxlayacaq.

“KLİYENTLƏ İŞ PROSESİNDƏ BƏDƏN DİLİNİN ROLU” MÖVZUSUNDA ONLAYN VEBİNAR

Sosial İş Məktəbi hər həftə olduğu kimi bu dəfə də yeni vebinarını təqdim edir. Bu dəfə yeni bir mövzuda – “Kliyentlə İş Prosesində Bədən Dilinin Rolu” mövzusunda vebinar baş tutacaq.

Tarix: 16 Oktyabr 2022-ci il

Saat: 19:00 – 20:30 (1,5 saat)

Vebinarın təqdimatçısı: Psixoloq Ruhəngiz Əhmədova

Qeydiyyat linki: https://forms.gle/8bM4Z8q1FQcmsG7b7

Qeyd: Vebinar ödənişsizdir!

“SOSİAL İŞDƏ SOSİAL TƏDQİQATIN ƏHƏMİYYƏTİ” ONLAYN VEBİNAR

“Sosial İşdə Sosial Tədqiqatın Əhəmiyyəti” mövzusunda onlayn vebinar ✅💜

Vebinarın təqdimatçıları: Ayşəm Balayeva (Sosial işçi və tədqiqatçı) və Xanbala Əhmədli (Sosial işçi və tədqiqatçı)

Vebİnar 9 oktyabr bazar günü saat 19:00-da başlayacaq və 1,5 saat davam edəcək.

Vebİnar tamamilə ödənişsizdir!!!

Qeydiyyat linki: https://uni-koeln.zoom.us/meeting/register/tJEsceqsqD4tGNzbotqmHELOTtNVqgUx4sR0

Qeyd: Qeydiyyatdan keçdikdən sonra birbaşa email ünvanınıza vebinara qoşulmaq üçün zoom link gələcək.

#sosialiş#sim#simvebinar#sosialişməktəbi#sosialişçi#sosialtədqiqat#tədqiqat

SİM04: SOSİAL SİYASƏT KURSU (ONLAYN)

Sosial İş Məktəbi yeni bir kursunu təqdim edir!

Sosial Siyasət kursumuzda Sosial siyasət nədir? Dövlətlər niyə əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasətlər qəbul edir? Ölkələrdəki sosial-iqtisadi vəziyyət siyasətlərin yaradılmasına necə təsir edir? Sosial siyasətin hansı formaları vardır? Kimi suallara cavab verilir. 


Kurs hər biri 90 (+5) dəqiqədən ibarət olmaqla 9 dərsi əhatə edir. Kurs müddətində tələbələr 8 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. 

Sosial siyasət kursu 15 oktyabr – 12 noyabr 2022-ci il tarixlərində həyata keçiriləcək.

Həftdə 2 dəfə Çərşənbə və Şənbə günləri saat 20:00 – 21:30 aralığında 1,5 saat olmaqla keçiriləcək.

Qeydiyyatdan keçmək üçün aşağıda qeyd edilən addımları izləyin:

1-ci addım: Qeydiyyat forması


2-ci addım: Ödəniş

Yuxarıdakı qeydiyyat formasını doldurduqdan sonra, əməkdaşlarımız ödəniş ilə bağlı sizinlə əlaqə saxlayacaq.