Makro, Mezo, Mikro Sosial İş arasındakı fərqin anlayışı
İşlədiyi sahədən asılı olmayaraq, bütün sosial işçilərin missiyası eynidir. Bu missiya insanların əsas ehtiyaclarını ödəməklə, onların həyat səviyyəsini yaxşılaşdırmaq, icmalar və fərdlər üçün sosial ədaləti və ləyaqəti təşviq etməkdir. Bu ehtiyaclar çox vaxt sosial mühit, fərdin emosional və psixi sağlamlığı ilə bağlıdır.
Ehtiyacların sosial işçilər tərəfindən qarşılanması sosial işin makro, mezo, mikro (həmçinin makro, mezo, mikro sosial iş kimi tanınır) səviyyələrində baş verir.
Sosial iş peşəsini seçərkən, üç fərqli sosial işçi səviyyəsini bilməyiniz yaxşı olar. Bəzən sosial işçilər hər üç səviyyəni bəyəndiklərini deyə bilərlər. Sizə uyğun olan səviyyəni düzgün seçmək üçün fərqli vaxtlarda mezo, mikro və makro sosial işlərdə işləməyiniz faydalı olardı. Bu təcrübə sizə daha uyğun olan sahənin seçiminə kömək edə bilər, həmçinin geniş kateqoriyaların bir-biri ilə bağlılığını daha yaxşı başa düşməyə imkan verə bilər.
Mikro, makro və mezzo səviyyələrdə sosial işi izah edən asan oxunan məqalə axtarırsınız? Müxtəlif sosial iş səviyyələri arasındakı fərqləri öyrənmək və hər birinə aid nümunələri tapmaq üçün bu məqaləni oxuyun.
Bütün sosial işçilər fərdlərə fokuslanır, lakin çox vaxt insanın həyatını yaxşılaşdırmaq məqsədinə nail olmaq üçün müxtəlif səviyyələrdə sosial xidmətlər tələb olunur. Məsələn, deyək ki, qeyri-hökumət təşkilatı yeməkxanada gördükləri kliyentlərdə opioid asılılığının artdığını qeyd edir. Təşkilatın sosial işçisi bu şəxsləri reabilitasiya proqramına yönəltməklə mikro səviyyədə kömək edə bilər, lakin qeyri-hökumət təşkilatı mövcud proqramda yer olmadığını aşkar edərsə, narkotik asılılığından müalicə mərkəzini açaraq bütün cəmiyyətə xidmət etməyi seçə bilərlər. Bu halda, mezo səviyyəli sosial işçi həmin proqramı öz icmalarında müəyyən edilmiş ehtiyaca uyğunlaşdırmaq üçün planlaşdırmağa kömək edəcək.
Proqram uğurlu alındığı halda makro sosial işçi proqram hökumət səviyyəsində həyata keçirilə biləcəyini görür. Beləliklə, makro səviyyəli sosial işçi tədqiqat aparır, planlayır və qərarvericilər qarşısında lobbiçilik edərək, bütün ölkə səviyyəsində bu proqramın həyata keçirilməsinə nail olur.
Proqram ölkə səviyyəsində həyata keçirilən zaman digər ərazilərdə olan mikro, mezo sosial işçilər icmalarda fərdləri qiymətləndirməklə həmin proqramı həyata keçirməyə başlayacaqlar.
Aşağıda üç fərgli səviyyədə sosial işçilərin zərərli maddələrdən istifadə edənlərə köməyinin nümunəsi göstərilir:
● Mikro: Mikro sosial iş fərdi səviyyədə, pasiyentlə/benefisiarla, onların ailələri ilə və ya kiçik qrupla üzbəüz baş tutur.
● Mezo: Mezo sosial iş icma, təşkilatlar və ya müəssisələr (institutlar) səviyyəsində daha böyük qruplara köməyi özündə ehtiva edir
● Makro: Makro sosial iş dolayı yolla siyasətin inkişafı, tədqiqatlar və sairə kimi sahələrdə həyata keçirilir. Burada diqqət kənd, rayon və ya ölkə səviyyəsində daha böyük insan qruplarına kömək etməyə yönəlir.
Sosial işin bilməli olduğumuz üç səviyyəsi-mikro mezzo və makro səviyyələri haqqında danışdıq, indi isə daha dərinlərə baş vurmağın vaxtı gəldi.
Mikro sosial işin nümunələri hansılardır?
Mikro sosial iş sosial işin ən sıx əhatə dairəsi olan fərdlər və kiçik qruplarla işdir. Buraya fərdləri qiymətləndirdiyiniz, müdaxilə planları hazırladığınız və onlarla fərdi şəkildə işlədiyiniz məsləhət və terapiya xidmətləri daxil ola bilər. Qrup terapiyası da mikro səviyyəyə aid edilə bilər.
Övladlığa götürmə üzrə sosial işçi uşaq və ailəsi ilə birbaşa işləyərək onların təhlükəsizliyini təmin etmək və rifahını yaxşılaşdırmaq isitqamətində dəstək verdiyi üçün mikro sosial işçi hesab edilə olunur.
Aşağıdakı nümunələr mikro sosial işə aid edilə bilər:
1. Fərdi təhsil planları əsasında risk altında olan şagirdlərlə işləyən məktəb sosial işçiləri
2. Cütlüklər və ailələrə konsultasiyalar təklif edən sosial işçilər.
Mezo sosial işin nümunələri hansılardır?
Mezo sosial iş sosial xidmət proqramları və xidmətlər tərəfindən dəstək göstərilənlərin əhatə dairəsini genişləndirir. Mezo səviyyəsində olan sosial işçilər daha böyük qruplardakı fərdlərə təsir edən amilləri nəzərə alırlar. Məsələn, sığınacaq sakinləri, xəstəxana və ya qeyri-kommersiya agentliyi tərəfindən xidmət edilən kliyentlər (benefisiarlar) kimi.
Uşağın mentorluq proqramına nəzarət edən və onlara müraciət edən bütün uşaqların həyatınının yaxşılaşdırılmasına dair qərarlar qəbul edən menecer mezo səviyyəsində sosial iş görür.
Mezo sosial işin daha iki nümunəsi aşağıda göstərilir:
1. İcmadakı səhiyyə sosial işçisi yoxsul yaşlıların ərzaq/qida təminatına nəzarət edir.
2. Təhsil sosial işçisi əlilliyi olan uşaqlarla işləyən müəllimlərə təlim proqramları keçir
Makro sosial işin nümunələri hansılardır?
Makro səviyyədə dolayısı yolla göstərilən bir sıra sosial xidmətlər mövcuddur. Fərdlər və qruplarala birbaşa işləməməsinə baxmayaraq, makro sosial işçilərin fərdlər və qruplara güclü təsiri ola bilər.
Makro sosial işçilər, sosial xidmətlər vasitəsilə təmin edilə bilən əsas ehtiyacları, habelə sosial ədalətsizliyin səbəblərini müəyyən etmək üçün böyük qruplarda və əhali arasında araşdırmalar aparır. Makro sosial işçilər adətən tədqiqat, müvəkkillik, proqramların icrası, icma səfərbərliyi və ya inkişafı sahələrində çalışırlar.
Makro səviyyədə sosial işin cəlb etdiyi qrupların əhatə dairəsi genişdir və ölkə, əyalət və ya müxtəlif coğrafi ərazilərdə xidmət göstərən təşkilatları əhatə edə bilir.
Makro sosial işin aşağıdakı nümunələrini qeyd etmək olar:
- Mobil cihazların uşaq depressiyasına təsirini öyrənən sosial işçi, digər sosial işçilər və təşkilatların (və onların xidmət etdikləri şəxslərin) faydalanması üçün araşdırma nəticələrini dərc edir.
- Qadınların və qızların səhiyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdırmaq üçün bir çox sahələrdə həyata keçiriləcək proqram hazırlamış beynəlxalq sosial işçi.
Makro, Mezo və Mikro Sosial İş bir-biri ilə necə əlaqədədir?
Sosial işdə mikro, mezzo və makro təcrübə bir-biri ilə əlaqəli və bir-birindən asılıdır, o mənada ki, onların hamısı sosial ədalətin və cəmiyyətdə müsbət dəyişikliyin təşviqində həlledici rol oynayır. Hər səviyyədə iş – Mikro, Mezo, Makro – bir –birinə qarşılıqlı təsir edir. Bu isə sosial dəstək və müdaxilənin dinamik və bir-biri ilə əlaqəli sistemini yaradır.
Makro səviyyədə sosial işçilər daha böyük sosial problemləri həll edən siyasət və proqramlar yaradır və həyata keçirirlər. Bu siyasətlər və proqramlar mezo və mikro səviyyələrdə baş verən işə təsir edir.
Məsələn, cihazların uşaqlıq depressiyasına təsiri ilə bağlı araşdırmaları dərc edən makro səviyyədə sosial işçi nümunəsini götürək. Həmin tədqiqat işindəki tapıntılar və təlimatlar uşaqlara icmalarda və ya fərdi terapiyada kömək etmək üçün mezo və mikro səviyyələrdə istifadə edilə bilər. Bu, mikro, mezo və makro sosial iş təcrübəsinin bir-biri ilə necə əlaqəli olduğuna dair bir nümunədir.
Mezo səviyyəsində sosial işçilər makro sosial işçinin həll edə bilmədiyi problemləri həll etmək üçün daha kiçik icmalar və qruplarla işləyirlər. Bu səviyyəli müdaxilə çox vaxt makro səviyyədə hazırlanmış daha geniş siyasətlər və proqramlar ilə cəmiyyətdəkilərin fərdi ehtiyacları və təcrübələri arasında körpü yaradır.
Mikro səviyyədə sosial işçilər fərdi ehtiyaclarını qarşılamaq üçün makro və mezzo səviyyələrində yaradılmış siyasətləri birbaşa həyata keçirə bilərlər. Mikro sosial iş fərdlərə kömək üçün hazırlanmış hər hası bir proqramın və ya siyasətin fərd üçün nəzərəçarpacaq faydalarını birbaşa görə bilən işdir.
Sosial işdə mezo, mikro və makro təcrübədə işləyərkən, siz exo səviyyəli sosial iş termini ilə rastlaşa bilərsiniz. Bu, fərdin nəzarətində olmayan, onların sosial və psixi rifahına təsir edən amilləri müəyyən edən termindir. Məsələn, pandemiya zamanı məktəblər onlayn dərslər keçdikdə, bu, şagirdlərin nəzarət edə bilmədiyi, lakin onların rifahına birbaşa təsir edən bir vəziyyət idi.
Mikro, mezo, makro səviyyələrinin hansında çalışdığınızdan asılı olmayaraq, fərdlərin və qrupların tam sosial mühitini nəzərə almaq zəruridir.
Nəticə | Mikro, Mezo, Makro Sosial İş üçün iş yardımı
Mikro, mezzo, makro səviyyələri birlikdə bütün fərdlər və icmalar üçün sosial ədaləti və rifahı təşviq edən hərtərəfli dəstək və müdaxilə sistemi yaradır. Hər bir müdaxilə səviyyəsi ədalətli və bərabər cəmiyyət yaratmaq və sosial, psixi və emosional rifahı təşviq etmək üçün vacibdir.
Müsbət və davamlı dəyişikliyə nail olmaq üçün bütün səviyyələrdə sosial işçilərin birgə işləməsi vacib olduğundan, mikro, makro, mezzo sosial iş arasında əlaqəni başa düşmək faydalıdır.
Sosial işin bütün səviyyələrində təcrübəsi olan sosial işçilər bu müxtəlif sosial xidmət sahələrinin bir-biri ilə necə əlaqəli olduğunu daha yaxşı anlayacaqlar. Bu, daha uğurlu sosial iş təcrübəsini inkişaf etdirə bilər.
Sosial işin 3 əsas səviyyəsi hansılardır? Sosial işin 3 əsas səviyyəsi aşağıdakılardır: Mikro: Mikro sosial iş fərdi səviyyədə, pasiyentlə\benefisiarla, onların ailələri ilə və ya kiçik qrupla üzbəüz baş tutur Mezo (və ya Meso): Mezo sosial iş icma, təşkilatlar və ya müəssisələr (institular) səviyyəsində daha böyük qruplara köməyi özündə ehtiva edir Makro: Makro sosial iş dolayı yolla siyasətin inkişafı, tədqiqatlar və sairə kimi sahələrdə həyata keçirilir. Burada diqqət kənd, rayon və ya ölkə səviyyəsində daha böyük insan qruplarına kömək etməyə yönəlir. |
Makro təcrübə üçün hansı bacarıqlar olmalıdır? Makro sosial iş sosial işin dolayı formasıdır və böyük insan qruplarına təsir edə bilər. Makro təcrübə üçün lazım olan bəzi bacarıqlara aşağıdakılar daxildir:· Təhlil Qərarvermə Təşkilatçılıq· Proqramın planlaşdırılması Tənqidi düşüncə Empatiya Aktiv dinləmə Aydın ünsiyyət |
Mənbə: https://www.socialworkportal.com/micro-mezzo-macro-social-work/
Tərcümə edən: Gülnarə Pənahova