SOSİAL XİDMƏT MENECERİ KURSU

“Sosial İş Məktəbi” yeni “SİM11: Sosial Xidmət Meneceri” adlı onlayn kursunu təqdim edir.

Kurs haqqında məlumat

Bu kursda sizi nə gözləyir?

  • 7 tanınmış mütəxəssis 
  • Beynəlxalq sertifikat
  • 10 modul + 1 bonus dərs 
  • Əsas və əlavə mühazirə materialları 
  • Peşəkar mütəxəssislər ilə netvörking
  • Əyləncəli və praktik tapşırıqlar
  • Dərslərin videoqeydini təkrar izləmə imkanı

“SİM11: Sosial Xidmət Meneceri” kursu 30 mart 2024-cü il tarixində başlayacaq və 23 aprel tarixinə qədər davam edəcək. Kurs ümumilikdə 10 modul + 1 bonus dərsdən ibarətdir. 

Kursda müvəffəqiyyətlə iştirak edən hər bir şəxs Sosial İş Məktəbi və Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası tərəfindən beynəlxalq sertifikat ilə təltif olunacaqdır. 

Qeydiyyatdan keçmək və əlavə məlumat üçün bizə yazmağa tələsin! 

Əlavə vasitələri: (055) 813 20 21

TÜRKİYƏLİ MÜTƏXƏSSİS SOSİAL İŞ TƏLƏBƏLƏRİNƏ DƏRS KEÇMİŞDİR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində 20–27 noyabr tarixlərində Türkiyədən beynəlxalq sosial sosial iş üzrə mütəxəssis Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə dərs keçmək üçün Azərbaycanda dəvət edilmişdir. Qeyd etmək istərdik ki, on ildən artıq olan iş təcrübəsində Dr. Yaman-Kennedy qısa müddət Türk Qızıl Aypara Cəmiyyətində çalışmış, daha sonra doqquz il Kocaeli Universitetinin Sosial İş Kafedrasında müəllim işləmişdir. Hazırda UNICEF Türkiyə və BMT-nin Əhali Fondunun Türkiyə üzrə məsləhətçisi kimi fəaliyyət göstərən Dr. Yaman-Kennedy bir çox yerli, milli və beynəlxalq təşkilatlara və qeyri-hökumət təşkilatlarına konsultasiyalar verməklə məşğul olur.

Səfər çərçivəsində Dr. Ezgi Yaman-Kennedy sosial iş tələbələrinə yeniyetmə və gənclərlə sosial iş, sosial işin etik prinsipləri və nəzəriyyələri, insan alveri qurbanları ilə sosial iş və digər mövzularda dərslər keçmiş, tələbələrə Türkiyədəki sosial xidmət və sosial xidmət müəssisələri haqqında məlumatlar vermişdir. Bundan əlavə,  25 noyabr 2022–ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Miqrant və Qaçqınlarla sosial iş” mövzusunda açıq ictimai seminar təşkil olunmuşdur. Seminarda müxtəlif universitetlərdə təhsil alan 50–dən çox sosial iş tələbəsi iştirak etmişdir. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın çıxışı ilə yekunlaşmışdır.