BEYNƏLXALQ SOSİAL İŞ GÜNÜ MÜNASİBƏTİLƏ FORUM TEATR TƏLİMLƏRİ TƏŞKİL EDİLİB

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş Məktəbinin əməkdaşlığı çərçivəsində 15-16 mart tarixlərində “Beynəlxalq Sosial İş” gününə həsr olunmuş “Forum teatr” təlimi təşkil edilmişdir. Təlim mütəxəssis Leyla Məmmədxanlı tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmişdir.  İki gün müddətində baş tutmuş bu təlimin əsas məqsədi cəmiyyətin müxtəlif həssas təbəqələrinin sosial problemlərinə daha fərqli baxış bucağını formalaşdırmaq və bu problemlərin həlli üçün interaktiv iş üsullarının öyrədilməsidir.

Belə ki, təlimin ilk günü təlim iştirakçılarının birgə müzakirəsi və qeyri-formal təlim metodlarından istifadə edilərək təlim ilə bağlı nəzəri biliklərin mənimsənilməsinə önəm verilmişdir. Təlimin ikinci günü isə məhz sosial problemlərin iştirakçılarla birgə həlli, bu problemlərlə üzləşmək və çıxış yolu tapmaq məqsədiylə forum teatr təşkil edilmişdir. Təlim müxtəlif universitetlərdə sosial iş ixtisasında təhsil alan sosial işçilərin iştirakı ilə baş tutmuş və sonda iştirakçıların sertifikatla təltif olunması ilə yekunlaşmışdır.

Sonda xatirə şəkli çəkilmiş və səmimi söhbət çay süfrəsi ətrafında davam etmişdir.

SOSİAL XİDMƏT MENECERİ KURSU

“Sosial İş Məktəbi” yeni “SİM11: Sosial Xidmət Meneceri” adlı onlayn kursunu təqdim edir.

Kurs haqqında məlumat

Bu kursda sizi nə gözləyir?

  • 7 tanınmış mütəxəssis 
  • Beynəlxalq sertifikat
  • 10 modul + 1 bonus dərs 
  • Əsas və əlavə mühazirə materialları 
  • Peşəkar mütəxəssislər ilə netvörking
  • Əyləncəli və praktik tapşırıqlar
  • Dərslərin videoqeydini təkrar izləmə imkanı

“SİM11: Sosial Xidmət Meneceri” kursu 30 mart 2024-cü il tarixində başlayacaq və 23 aprel tarixinə qədər davam edəcək. Kurs ümumilikdə 10 modul + 1 bonus dərsdən ibarətdir. 

Kursda müvəffəqiyyətlə iştirak edən hər bir şəxs Sosial İş Məktəbi və Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası tərəfindən beynəlxalq sertifikat ilə təltif olunacaqdır. 

Qeydiyyatdan keçmək və əlavə məlumat üçün bizə yazmağa tələsin! 

Əlavə vasitələri: (055) 813 20 21

BEYNƏLXALQ SERTİFİKATLI ONLAYN TƏLİM: İNSAN ALVERİ QURBANLARI İLƏ SOSİAL İŞDƏ KEYS MENECMENT

Sosial İş Məktəbi və Aile Danışmanları Derneği əməkdaşlıq çərçivəsində “İnsan Alveri Qurbanları ilə Sosial İşdə Keys Menecment” onlayn təlimini təşkil edir!

Təlim 28 fevral 2024-cü il tarixində saat 19:00 – 22:00-da (3 saat) baş tutacaqdır. Təlimçi – sosial iş üzrə beynəlxalq ekspert DR. Güngör Çabukdur.

Təlimdə iştirak edən hər bir kəs Sosial İş Məktəbi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası və Aile Danışmanları Derneği tərəfindən beynəlxalq iştirakçı sertifikatı ilə təltif ediləcəkdir.

Təlimdə iştirak ödənişlidir. Qeydiyyatdan keçmək və əlavə məlumat üçün bizə yaza bilərsiniz 😊

BEYNƏLXALQ SERTİFİKATLI ONLAYN TƏLİM: İNSAN ALVERİ QURBANLARI İLƏ SOSİAL İŞ

Sosial İş Məktəbi və Aile Danışmanları Derneği əməkdaşlıq çərçivəsində “İnsan Alveri Qurbanları ilə Sosial İş” onlayn təlimini təşkil edir!

Təlim 20 dekabr 2023-cü il tarixində saat 19:00 – 23:00-da (4 saat) baş tutacaqdır. Təlimçi – sosial iş üzrə beynəlxalq ekspert DR. Güngör Çabukdur.

Təlimdə iştirak edən hər bir kəs Sosial İş Məktəbi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası və Aile Danışmanları Derneği tərəfindən beynəlxalq iştirakçı sertifikatı ilə təltif ediləcəkdir.

Təlimdə iştirak ödənişlidir. Qeydiyyatdan keçmək və əlavə məlumat üçün DM və ya +994 55 813 20 21 əlaqə nömrəsinə yaza bilərsiniz 😊

SOSİAL İŞİN 3 ƏSAS SƏVİYYƏSİ

Makro, Mezo, Mikro Sosial İş arasındakı fərqin anlayışı

İşlədiyi sahədən asılı olmayaraq, bütün sosial işçilərin missiyası eynidir. Bu missiya insanların əsas ehtiyaclarını ödəməklə, onların həyat səviyyəsini  yaxşılaşdırmaq, icmalar və fərdlər üçün sosial ədaləti və ləyaqəti təşviq etməkdir. Bu ehtiyaclar çox vaxt sosial mühit, fərdin emosional və psixi sağlamlığı ilə bağlıdır.

Ehtiyacların sosial işçilər tərəfindən qarşılanması sosial işin makro, mezo, mikro (həmçinin makro, mezo, mikro sosial iş kimi tanınır) səviyyələrində baş verir.

Sosial iş peşəsini seçərkən, üç fərqli sosial işçi səviyyəsini bilməyiniz yaxşı olar. Bəzən sosial işçilər hər üç səviyyəni bəyəndiklərini deyə bilərlər. Sizə uyğun olan səviyyəni düzgün seçmək üçün fərqli vaxtlarda mezo, mikro və makro sosial işlərdə işləməyiniz faydalı olardı. Bu təcrübə sizə daha uyğun olan sahənin seçiminə kömək edə bilər, həmçinin geniş kateqoriyaların bir-biri ilə bağlılığını daha yaxşı başa düşməyə imkan verə bilər.

Mikro, makro və mezzo səviyyələrdə sosial işi izah edən asan oxunan məqalə axtarırsınız? Müxtəlif sosial iş səviyyələri arasındakı fərqləri öyrənmək və hər birinə aid nümunələri tapmaq üçün bu məqaləni oxuyun.

Bütün sosial işçilər fərdlərə fokuslanır, lakin çox vaxt insanın həyatını yaxşılaşdırmaq məqsədinə nail olmaq  üçün müxtəlif səviyyələrdə sosial xidmətlər tələb olunur. Məsələn, deyək ki, qeyri-hökumət  təşkilatı yeməkxanada gördükləri kliyentlərdə opioid asılılığının artdığını qeyd edir. Təşkilatın sosial işçisi bu şəxsləri reabilitasiya proqramına yönəltməklə mikro səviyyədə kömək edə bilər, lakin qeyri-hökumət təşkilatı mövcud proqramda yer olmadığını aşkar edərsə, narkotik asılılığından müalicə mərkəzini açaraq bütün cəmiyyətə xidmət etməyi seçə bilərlər. Bu halda, mezo səviyyəli sosial işçi həmin proqramı öz icmalarında müəyyən edilmiş ehtiyaca uyğunlaşdırmaq üçün planlaşdırmağa kömək edəcək.

Proqram uğurlu alındığı halda makro sosial işçi proqram hökumət səviyyəsində həyata keçirilə biləcəyini görür. Beləliklə, makro səviyyəli sosial işçi tədqiqat aparır, planlayır və qərarvericilər qarşısında lobbiçilik edərək, bütün ölkə səviyyəsində bu proqramın həyata keçirilməsinə nail olur.

Proqram ölkə səviyyəsində həyata keçirilən zaman digər ərazilərdə olan mikro, mezo sosial işçilər icmalarda fərdləri qiymətləndirməklə həmin proqramı həyata keçirməyə başlayacaqlar.

Aşağıda üç fərgli səviyyədə sosial işçilərin zərərli maddələrdən istifadə edənlərə köməyinin nümunəsi göstərilir:

●  Mikro: Mikro sosial iş fərdi səviyyədə, pasiyentlə/benefisiarla, onların ailələri ilə və ya kiçik qrupla üzbəüz baş tutur.

Mezo: Mezo sosial iş icma, təşkilatlar və ya müəssisələr (institutlar) səviyyəsində daha böyük qruplara köməyi özündə ehtiva edir

Makro: Makro sosial iş dolayı yolla siyasətin inkişafı, tədqiqatlar və sairə kimi sahələrdə həyata keçirilir. Burada diqqət kənd, rayon və ya ölkə səviyyəsində daha böyük insan qruplarına kömək etməyə yönəlir.

 Sosial işin bilməli olduğumuz üç səviyyəsi-mikro mezzo və makro səviyyələri haqqında danışdıq, indi isə daha dərinlərə baş vurmağın vaxtı gəldi.

 Mikro sosial işin nümunələri hansılardır?

Mikro sosial iş sosial işin ən sıx əhatə dairəsi olan fərdlər və kiçik qruplarla işdir. Buraya fərdləri qiymətləndirdiyiniz, müdaxilə planları hazırladığınız və onlarla fərdi şəkildə işlədiyiniz məsləhət və terapiya xidmətləri daxil ola bilər. Qrup terapiyası da mikro səviyyəyə aid edilə bilər.

Övladlığa götürmə üzrə sosial işçi uşaq və ailəsi ilə birbaşa işləyərək onların təhlükəsizliyini təmin etmək və rifahını yaxşılaşdırmaq isitqamətində dəstək verdiyi  üçün mikro sosial işçi hesab edilə olunur.

Aşağıdakı nümunələr mikro sosial işə aid edilə bilər:

1. Fərdi təhsil planları əsasında risk altında olan şagirdlərlə işləyən məktəb sosial işçiləri

2. Cütlüklər və ailələrə konsultasiyalar təklif edən sosial işçilər.

 Mezo sosial işin nümunələri hansılardır?

Mezo sosial iş sosial xidmət proqramları və xidmətlər tərəfindən dəstək göstərilənlərin əhatə dairəsini genişləndirir. Mezo səviyyəsində olan sosial işçilər daha böyük qruplardakı fərdlərə təsir edən amilləri nəzərə alırlar. Məsələn, sığınacaq sakinləri, xəstəxana və ya qeyri-kommersiya agentliyi tərəfindən xidmət edilən kliyentlər (benefisiarlar) kimi.

Uşağın mentorluq proqramına nəzarət edən və onlara müraciət edən  bütün uşaqların həyatınının yaxşılaşdırılmasına dair qərarlar qəbul edən menecer mezo səviyyəsində sosial iş görür.

Mezo sosial işin daha iki nümunəsi aşağıda göstərilir:

1. İcmadakı səhiyyə sosial işçisi yoxsul yaşlıların ərzaq/qida təminatına nəzarət edir.

2. Təhsil sosial işçisi əlilliyi olan uşaqlarla işləyən müəllimlərə  təlim proqramları keçir

Makro sosial işin nümunələri hansılardır?

Makro səviyyədə dolayısı yolla göstərilən bir sıra sosial xidmətlər mövcuddur. Fərdlər və qruplarala birbaşa işləməməsinə baxmayaraq, makro sosial işçilərin fərdlər və qruplara güclü təsiri ola bilər.

Makro sosial işçilər, sosial xidmətlər vasitəsilə təmin edilə bilən əsas ehtiyacları, habelə sosial ədalətsizliyin səbəblərini müəyyən etmək üçün böyük qruplarda və əhali arasında araşdırmalar aparır. Makro sosial işçilər adətən tədqiqat, müvəkkillik, proqramların icrası, icma səfərbərliyi  və ya inkişafı sahələrində  çalışırlar.

Makro səviyyədə sosial işin cəlb etdiyi qrupların əhatə dairəsi genişdir və  ölkə, əyalət və ya müxtəlif coğrafi ərazilərdə xidmət göstərən təşkilatları əhatə edə bilir.

Makro sosial işin aşağıdakı nümunələrini qeyd etmək olar:

  1. Mobil cihazların uşaq depressiyasına təsirini öyrənən sosial işçi, digər sosial işçilər və təşkilatların (və onların xidmət etdikləri şəxslərin) faydalanması üçün  araşdırma nəticələrini dərc edir.
  2. Qadınların və qızların səhiyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdırmaq üçün bir çox sahələrdə həyata keçiriləcək proqram hazırlamış beynəlxalq sosial işçi.

Makro, Mezo və Mikro Sosial İş bir-biri ilə necə əlaqədədir?

Sosial işdə mikro, mezzo və makro təcrübə bir-biri ilə əlaqəli və bir-birindən asılıdır, o mənada ki, onların hamısı sosial ədalətin və cəmiyyətdə müsbət dəyişikliyin təşviqində həlledici rol oynayır. Hər səviyyədə iş – Mikro, Mezo, Makro – bir –birinə qarşılıqlı təsir edir. Bu isə sosial dəstək və müdaxilənin dinamik və bir-biri ilə əlaqəli sistemini yaradır.

Makro səviyyədə sosial işçilər daha böyük sosial problemləri həll edən siyasət və proqramlar yaradır və həyata keçirirlər. Bu siyasətlər və proqramlar mezo və mikro səviyyələrdə baş verən işə təsir edir.

Məsələn, cihazların uşaqlıq depressiyasına təsiri ilə bağlı araşdırmaları dərc edən makro səviyyədə sosial işçi nümunəsini götürək. Həmin tədqiqat işindəki tapıntılar və təlimatlar uşaqlara icmalarda və ya fərdi terapiyada kömək etmək üçün mezo və mikro səviyyələrdə istifadə edilə bilər. Bu, mikro, mezo və makro sosial iş təcrübəsinin bir-biri ilə necə əlaqəli olduğuna dair bir nümunədir.

Mezo səviyyəsində sosial işçilər makro sosial işçinin  həll edə bilmədiyi problemləri həll etmək üçün daha kiçik icmalar və qruplarla işləyirlər. Bu səviyyəli müdaxilə çox vaxt  makro səviyyədə hazırlanmış daha geniş siyasətlər və proqramlar ilə cəmiyyətdəkilərin fərdi ehtiyacları və təcrübələri arasında körpü yaradır.

Mikro səviyyədə sosial işçilər fərdi ehtiyaclarını qarşılamaq üçün makro və mezzo səviyyələrində yaradılmış siyasətləri birbaşa həyata keçirə bilərlər. Mikro sosial iş fərdlərə kömək üçün hazırlanmış hər hası bir proqramın və ya siyasətin fərd üçün nəzərəçarpacaq faydalarını birbaşa görə bilən işdir.

Sosial işdə mezo, mikro və makro təcrübədə işləyərkən, siz exo səviyyəli sosial iş termini ilə rastlaşa bilərsiniz. Bu, fərdin nəzarətində olmayan, onların sosial və psixi rifahına təsir edən amilləri müəyyən edən termindir. Məsələn, pandemiya zamanı məktəblər onlayn dərslər keçdikdə, bu, şagirdlərin nəzarət edə bilmədiyi, lakin onların rifahına birbaşa təsir edən bir vəziyyət idi.

Mikro, mezo, makro səviyyələrinin hansında çalışdığınızdan asılı olmayaraq, fərdlərin və qrupların tam sosial mühitini nəzərə almaq  zəruridir.

Nəticə | Mikro, Mezo, Makro Sosial İş üçün iş yardımı

Mikro, mezzo, makro səviyyələri birlikdə bütün fərdlər və icmalar üçün sosial ədaləti və rifahı təşviq edən hərtərəfli dəstək və müdaxilə sistemi yaradır. Hər bir müdaxilə səviyyəsi ədalətli və bərabər cəmiyyət yaratmaq və sosial, psixi və emosional rifahı təşviq etmək üçün vacibdir.

Müsbət və davamlı dəyişikliyə nail olmaq üçün bütün səviyyələrdə sosial işçilərin birgə işləməsi vacib olduğundan, mikro, makro, mezzo sosial iş arasında əlaqəni başa düşmək faydalıdır.

Sosial işin bütün səviyyələrində təcrübəsi olan sosial işçilər bu müxtəlif sosial xidmət sahələrinin bir-biri ilə necə əlaqəli olduğunu daha yaxşı anlayacaqlar. Bu, daha uğurlu sosial iş təcrübəsini inkişaf etdirə bilər.

Sosial işin 3 əsas səviyyəsi hansılardır?

Sosial işin 3 əsas səviyyəsi aşağıdakılardır: 

Mikro: Mikro sosial iş fərdi səviyyədə, pasiyentlə\benefisiarla, onların ailələri ilə və ya kiçik qrupla üzbəüz baş tutur    

Mezo (və ya Meso): Mezo sosial iş icma, təşkilatlar və ya müəssisələr (institular)  səviyyəsində daha böyük qruplara köməyi özündə ehtiva edir  

Makro: Makro sosial iş  dolayı yolla siyasətin inkişafı, tədqiqatlar və sairə kimi sahələrdə həyata keçirilir. Burada diqqət  kənd,  rayon və ya ölkə səviyyəsində daha böyük insan qruplarına kömək etməyə yönəlir. 
Makro təcrübə üçün hansı bacarıqlar olmalıdır?

Makro sosial iş sosial işin dolayı formasıdır və böyük insan qruplarına təsir edə bilər. Makro təcrübə üçün lazım olan bəzi bacarıqlara aşağıdakılar daxildir:·      

Təhlil     
Qərarvermə      
Təşkilatçılıq·      
Proqramın planlaşdırılması     
Tənqidi düşüncə      
Empatiya
Aktiv dinləmə
Aydın ünsiyyət 

Mənbə: https://www.socialworkportal.com/micro-mezzo-macro-social-work/

Tərcümə edən: Gülnarə Pənahova

SOSİAL SİYASƏT KURSU – 2

Sosial İş Məktəbi yeni “Sosial Siyasət – 2” kursunu sizə təqdim edir!

Kursun qısa təsviri: Bu kursda iştirakçılar sosial siyasət nədir, dövlətlər niyə əhalinin rifahını yaxşılaşdırmaq üçün siyasətlər qəbul edir, ölkələrdəki sosial-iqtisadi vəziyyət siyasətlərin yaradılmasına necə təsir edir, sosial siyasətin hansı formaları vardır kimi suallara cavab tapacaqlar.

Bu kursda iştirakçılar:

  1. Sosial siyasətlə bağlı əsas konseptləri, nəzəriyyələri və ideyaları öyrənəcək;
  2. Sahədə istifadə olunan rifah dövləti, siyasət gündəliyi, siyasi iqtisad, qərarvericilik mexanizmi, siyasət dövriyyəsi və s. terminləri mənimsəyəcək;
  3. Siyasətlərin yaradılması və icrası mexanizmi ilə bağlı praktik bacarıqlar əldə edəcək;
  4. Siyasətlərlə bağlı ideyalarını strukturlaşdıracaq, akademik yazı və təqdimat bacarıqlarını inkişaf etdirəcəklər.

Kurs hər biri 90 dəqiqədən ibarət olmaqla 8 (+ 1 bonus dərs) dərsi əhatə edir. Kurs müddətində tələbələr 8 mövzu və onlarla əlaqəli praktik tapşırıqları həll etməyi öyrənirlər. 

Kursun modulları
1. Sosial siyasətə giriş: əsas anlayışlar, rifah dövləti
2. İdeoloji perspektiv, idarəetmə formaları
3. Siyasət dövriyyəsi
4. Siyasi iqtisadiyyat və qərarvericilik mexanizmi
5. Yoxsulluq və yoxsulluqla mübarizə siyasətləri
6. Pensiya siyasəti, hesablanması və icrası
7. Əmək bazarı siyasətləri
8. Azərbaycanda sosial siyasət
9. Yekun mövzu – Sosial müdafiə, sosial siyasət, sosial iş və yekun quiz

Kursun tarixləri: 4 Aprel – 2 May 2023-cü il (Çərşənbə axşamı və Şənbə günləri)

Kursun başlama saatı: 20:00 – 21:30 (1,5 saat)

Kursun təlimçiləri: Lamiyə Rzayeva-Əhmədli və Pünhani Əsgərli


KURS ÖDƏNİŞLİDİR!

Kursun standart qiyməti – 79 AZN | Tələbələr üçün isə – 69 AZN

Kursun haqqında daha ətraflı məlumat üçün kursun məlumat kitabçasına keçid edə bilərsiniz:

Müraciət forması:

https://forms.gle/fQQtzMmxQNH5dFFg6

ƏLAQƏ VASİTƏLƏRİ

Kursa qeydiyyatdan keçmək və ödənişi etmək üçün @sosial_ish_mektebi instagram səhifəsi və ya +994 55 813 20 21 nömrəsi ilə əlaqə saxlayın.

SOSİAL İŞ TARİXİNİN 9 ƏN NÜFUZLU QADINI

Sosial iş illər  boyu bir çox qadın pionerlərin davamlı dəyişikliklər etdiyi bir peşədir. Bu qadınların və qadınların tarixi ayının şərəfinə, biz sizə dünya tarixindəki 9 ən nüfuzlu qadın sosial işçiləri tanıtmaq istəyirik. 

1) Annamaria Kampanini – Professor Kampanini Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının prezidenti, Avropa Sosial İş Tədqiqatı Şəbəkəsinin həm-təsisçisidir. O, İtalyanın Parma Universitetində Sosial iş üzrə bakalavr, Urbino Universitetində Sosiologiya üzrə magistratura, Trieste Universitetində Sosial işin nəzəriyyə və metodologiyası üzrə doktorantura təhsili almışdır. Professor Kampanini Milan Bicocca Universitetində sosial iş və sosiologiya üzrə tədris aparmaqla yanaşı, həmçinin İtaliyada və bütün dünyada Sosial iş təhsilinin təkmilləşdirilməsi, bu sahədə tədris prosesini həyata keçirən mütəxəssislərin, tədqiqatçıların təcrübələrini paylaşması üçün müvafiq platformaları istiqamətində əvəzsiz rola malikdir. 

2) Fransis Feldman (Frances Feldman) (1913-2008) – Frances Feldman Kaliforniya Universitetinin professoru və sosial iş pioneri idi. O 1970-ci illərdə xərçəng xəstələrinin iş yerində ayrı seçkiliklə üzləşdiyini göstərən əsaslı tədqiqat aparmışdı. Onun araşdırması işə götürənlər və iş yoldaşlarının xərçəngdən xilas olmuş şəxslərə sərt hətta qeyri-qanuni  tez-tez sərt tətbiq etdiyinə dair ilk sistematik  sübutlar  təmin etmişdir. Milli Sosial işçilər Federasiyasına görə, bəzi ştatlarda təhsilə görə ədalətli əmək qanunveriliciyinə dəyişikliklər edilib. 50 ildən çox Feldman işin və həyatın sosial və psixoloji mənalarını araşdırdı. 

3) Qreys Koyle (Grace Coyle) (1892-1962) – Qreys Koyle sosial iş praktikasında qrup işini inkişaf etdirilməsində və populyarlaşdırılmasında olan roluna görə çox məşhurdur. Onun ən tanınmış məqalələri Təşkilatlanmış qruplarda sosial proses (1930), Qrup təcrübələri və demokratik dəyərlər (1947) və Sosial işçilərin peşəkar təhsilində sosial elmlər (1958) və s.dir.

4) Meri Riçmond (Mary Ellen Richmond) (1961-1938) – Sosial işin peşəkarlaşdırılması və standartlaşdırılması üçün çalışan ilk sosial işçilərdən biridir. O, sosial işi idarə etmək üçün ilk prinsip bəyənatını yaratmış və onun çox məşhur çıxışlarından biri 1897-ci ildə olan Milli Xeyriyyə və düzəlişi konfransında olmuşdur. Meri Riçmond burada sosial işçiləri yetişdirmək üçün məktəblərə səslənərək, onları sosial iş sahəsində standartlar yaratmağa çağırır. Onun “Sosial diaqnoz” adlı kitabı özündə hüquq, tibbi, psixologiya, psixiatriya və tarixi əks etdirən ilk sosial işlə bağlı kitab olmuşdur.

5)  Edit Abot (Edith Abbott) (1876-1957) – Nebraska vətəndaşı olan Sosial iş sahəsində magistratura və iqtisadiyyat sahəsində doktorluq dərəcəsi olan, Çikaqo Univetsiteti və London İqtisadiyyat məktəbdində təhsil almış Edit Abbot akademik karyerasının çox hissəsini Çikaqo Universitetində Sosial Xidmət Administasiyası məktəbinin dekanı vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 1935-ci il Sosial Təminat Aktının yazılmasına kömək etmiş, və Çikaqo Universitetinin aktual sosial problemlər və sosial rifah siyasətləri üzrə orijinal tədqiqat nəşrinə həsr olunmuş “Sosial Xidmət İcmalı” jurnalını yaratdı. O həmçinin Prezidenlərdən biri olan Franklin D.Rooseveltin müşaviri olmuş Harry Hopkinsin məsləhətçisi və daha sonra Amerika Sosial iş Məktəbləri Asossasiyasının və Milli Sosial iş Konfransının prezidenti olmuşdur. 

6) Fransis Perkins (Frances Perkins) (1880 – 1965) – Frances Perkins D. Ruzveltin dövründə əmək naziri vəzifəsində çalışan Prezident Kabinetinin üzvü olan ilk qadın olmuşdur. Əmək islahatlarının ömürlük çempionu, Perkins minimum əmək haqqı haqqında qanunun qəbuluna əhəmiyyətli töhvə vermiş, həmçinin o Milli Əmək Münasibətləri Aktı, Ədalətli Əmək Standartları Aktı və Sosial Təhlükəsizlik Aktını hazırlayanlardan idi. Əmək Departamentinin Vaşinqtondakı qərargahı indi onun adınadır.

7) Alis Solomon (Alice Solomon) (1872 – 1948) – alman sosial islahatçısı və sosial işin akademik disiplin kimi inkişafının əsas pionerlərindən biri idi. 1920-ci ildə o Almaniyada Qadınların Sosial və Pedaqoji Fəaliyyəti üzrə Almaniya Akademiyasını yaratdı. Akademiyanın spikerləri arasında Albert Enşteyn, Karl Qustav Yunq və Helen Veber kimi məhşur simalar var idi. 1920-30-cu illərdə o, Almaniyada yoxsulların sosial və iqtisadi vəziyyəti ilə bağlı 13 monoqrafiya yayımlamışdı. 1933-cü ildə o Nazilər tərəfindən öz yəhudi kimliyinə görə təzyiqlərə məruz qaldı və Nyu Yorka köçməli oldu. Onun Almaniya vətəndaşlığı və bütün elmi dərəcələri əlindən alındı, ABŞ-da isə o, yenidən vətəndaşlıq aldı, 1944-cü ildən ömrünün sonunadək Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasiyasının və Beynəlxalq Qadınlar Federasiyasının prezidenti vəzifəsində çalışdı. 

8) Işıl Bulut – Professor Bulut Türkiyənin məhşur Hacettepe Universitetinin ilk sosial iş məzunlarından biridir. O, Türkiyədə sosial işin bir sıra sahələri üzrə ilk tədris proqramlarını yaratmış, müxtəlif yenilikci metodların istifadəsini təşviq etmişdir. Onun əsas təcrübə sahələri arasında klinik sosial iş, qruplarla sosial iş, psixodram, psixiatrik sosial iş, ailələrlə sosial iş, əlilliyi olan şəxslərlə sosial iş kimi müxtəlif sosial iş sahələri var. Işıl Bulut Başkent Universitetində 20 ildən çox Sosial işi tədris etməklə yanaşı, həmçinin, erkən nikahın qarşısının alınması onun ən önəm verdiyi sahələrdən biridir. Prof.Bulut yerli xüsusiyyətlərə uyğun ailə qiymətləndirilməsi ailəti yaratmışdır və həmin alət həm tədqiqatçılar, həm də sosial işçilər tərəfindən istifadə olunmaqdadır. 

9) Ceyn Adams (Jane Addams) (1860-1935) – Bəlkə də düynada ən məşhur və ən çox anılan qadın sosial işçi olan Ceyn Addams dünyanın ilk yaşayış evlərindən birini – Çikaqoda məşhur Hull House-u qurmuş və 1931-ci ildə Nobel Sülh Mükafatını almışdır. O, özü də Hull Houseda kömək etməyi düşündüyü (hədəflədiyi) insanlar arasında yaşayırdı, Çikoqonun yoxsullarının problemləri ilə yaxından tanış oldu və müvafiq olaraq evin servisləri arasına kitabxana, gimnaziya, yetişkinlər və uşaqlar üçün dərs otaqları və s. var idi.  Onun insanlarla işi Çikaqo Təhsil Şurasında və İdarəetmə Məktəbi Komitəsində növbəti vəzifəsini qazanmasına səbəb oldu. O, Çikaqo Vətəndaşlıq və Xeyriyyəçilik Məktəbini qurdu və Milli Xeyriyyə və İslahatlar Konfransının ilk qadın prezidenti oldu. Daha sonra Qadın Sülh Partiyasının və Haaqada Qadınların Beynəlxalq Sülh Konqresinin prezidenti oldu.

Bu qadınların hamısı akademik, siyasət, peşəkarlaşma və sülh sahəsində tarixi nailiyyətlərə doğru irəliləyərək sosial işçi kimi təcrübələri ilə öz arzu və istəklərini reallaşdırdılar. Bir çoxları məşhur karyeralarına sosial iş üzrə magistr dərəcəsi qazanmaqla başladılar. İllər sonra belə, onların əməyi qiymətləndirilir, qoyduqları miras dünyada on minlərlə sosial işçinin yoluna işıq saçmağa davam edir. 

Mənbələr: https://msw.usc.edu/mswusc-blog/9-most-influential-women-in-the-history-of-social-work/ 

https://en.wikipedia.org/wiki/Alice_Salomon

Tərcümə və əlavə: Sosial İş Məktəbi

Amartya Sen: İNKİŞAF AZADLIQ KİMİ

İnkişaf azadlıqdır, bu fikir dövrümüzün bəlkə də ən böyük inkişaf mütəfəkkiri olan Amartya Senin fikridir. Əsrlər boyunca, inkişafla bağlı çox sayda nəzəriyyələr mövcud olmuşdur. 1998-ci ildə Nobel mükafatı laureatı Amartya Senin fikrincə azadlıq inkişafın ilkin obyekti və əsas vasitəsidir. 

Sen iqtisadiyyat üzrə Hindistan və Asiyada ilk Nobel  mükafatı laureatıdır. Nobel mükafatını qazanarkən Sen İsveç Kral Elmlər Akademiyası tərəfindən “rifah iqtisadiyyatına verdiyi töhfələrə” və həyati vacib iqtisadi problemlərin müzakirəsində “etik ölçü”nü bərpa etdiyinə görə yüksək qiymətləndirilib. Senə görə, inkişaf demokratiya və insan hüquqlarının qorunması ilə gücləndirilir. Bu haqqlara misal olaraq, söz, vicdan, sərbəst toplaşma və mətbuat azadlığını misal göstərə bilərik. Bu haqqlar dürüst, təmiz, yaxşı hökumətin olma ehtimalını artırır. O iddia edirdi ki, dünya tarixində demokrasiyanın formalaşmasında heç bir aclıq baş verməyib. Bu ona görədir ki demokratik hökümətlərin seçkilərdə qalib gəlməyə və ictimai qınaqla üzləşməyə, aclıq və digər fəlakətlərin qarşısını almaq üçün tədbirlər görməyə gücü olmalıdır. 

İnkişaf insan azadlığının genişləndirilməsi prosesidir. Bu proses insanlara  elə həyat qurmağa kömək edir ki, onların yaşamaq üçün həqiqi səbəbləri olsun. 

Bu səbəbdən inkişaf məhkumluğun əsas mənbələrinin aradan qaldırılmasını tələb edir: yoxsulluq və tiranlıq, zəif iqtisadi imkanlar, sosial məhrumiyyətlər, repressiv dövlətlərin dözümsüzlüyü yaxud həddən artıq fəallığı. Sen iddia edirdi ki, bir-biri ilə bağlı 5 növ azadlıq mövcuddur: siyasi azadlıq, iqtisadi imkanlar, sosial imkanlar, şəffaflıq və təhlükəsizlik. Dövlət vətəndaşları ictimai təhsilin təşkili, səhiyyə, sosial təhlükəsizlik şəbəkələri, yaxşı makroiqtisadi siyasətlər, məhsuldarlıq və ətraf mühitin qorunması ilə təmin etməklə azadlıqların dəstəklənməsində rola malikdir. İnsanların nəyə nail ola biləcəyinə iqtisadi imkanlar, siyasi azadlıqlar, sosial güclər və yaxşı sağlamlıq imkanları, minimum təhsil və təşəbbüslərin təşviqi və inkişafı təsir edir. Sen hesab edir ki, Asiya və Şimali Afrikadakı qadınlara da eyni sağlamlıq imkanları göstərilsə idi, dünyada 100 milyon qadın daha çox olardı. Senin fikrincə “bacarıqların məhdudlaşdırılması” yoxsulluğun müəyyən olunması üçün aşağı gəlirdən daha yaxşı bir tədbirdir. Yüksək ÜDM həyat səviyyəsinin əksər tədbirlərində inkişafa səbəb olsa da, istisnalar möcuddur. Aşağı ÜDM’li adam başı gəlirin aşağı olduğu bəzi ölkələr, Məsələn Şri Lanka, Çin və Hindistanın Kerala vilayətində orta ömür uzunluğu və savadlılıq səviyyəsi Brazilya, Cənubi Afrika və Nabiya kimi zəngin ölkələrlə müqayisədə daha yüksəkdir. Həmçinin Afro-Amerikanlar Çin və Hindistanın bölgələrindəki kişilərdən daha aşağı ömür sürürlər, baxmayaraq ki, Afro-Amerikanların orta real gəlirləri xeyli yüksəkdir. 

Bəziləri azadlığı siyasi sabitliyə və inkişafa potensial maneə kimi görürlər. Onlar azadlığı, təşəbbüsü və sahibkarlığı boğmaq, fərdi təşkilatın işini və fəaliyyətini və fərdi agentliyin işini və korperativ fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edir. Amartya Sen Sinqapurun keçmiş baş naziri Li Kuan Yuya və onun siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə edilən Asiya dəyərləri nəzəriyyələrinə etiraz edir. Senə görə bir-birindən çox fərqli əhali və adət-ənənələrə malik və dünya əhalisinin 60%-ni təşkil edən Asiya dəyərləri yoxdur. Həmçinin Dani Rodrikin də dediyi kimi, avtoritar rejimlərin iqtisadi göstəriciləri ya çox yaxşı, ya da çox pisdir- bu əsasən çox pis olaraq qiymətləndirilir. Əksər demokratiyalar isə orta yeri tutur.

Bəs necə oldu ki, Şərqi Asiyanın dinamik iqtisadiyyatı bu qədər sürətlə inkişaf etdi?  Sen dövlətin məktəb təhsili, səhiyyə xidməti, torpaq islahatı və mikrokredit şəklində təqdim etdiyi sosial imkanları vurğulayır. Bu iqtisadiyyat bazara girən fərdlərin uğurlarına arxalanırdı. İqtisadiyyatın bu növu demokratik olmasa da, Korea, Tayvan və Tayland zamanla daha demokratik oldu. Sen Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) insan inkişafı ilə bağlı düşünməsində, o cümlədən insan inkişafının üç əsas ölçüsündə ölkədə orta naliyyətləri ölçən birləşmiş indeks olan İnsan İnkişafı İndeksinin (İİİ) yaradılmasında mühüm rol oynamışdır. İnkişaf dedikdə doğuş zamanı gözlənilən orta ömür uzunluğu və sağlam yaşam, böyüklər üçün nəzərdə tutulmuş savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil ocaqları üçün ümumi qəbul göstəriciləri, alıcılıq qabiliyyəti ABŞ dolları ilə adambaşına düşən ÜDM ilə ölçülən həyat səviyyəsi nəzərdə tutulur. İnsan inkişafı konsepsiyası tək bir indeksin ölçə biləcəyindən daha geniş olmasına baxmayaraq, İİİ insan rifahının ölçülməsi üçün güclü bir alternativ təqdim edir. 

Sen BMTİP ilə 2004-cü il İnsan İnkişaf Hesabatı “Bu günkü dünyada mədəni azadlıq” mövzusunda sıx əməkdaşlıq edirdi.  Bu hesabat iddia edir ki, insan inkişafının mühüm elementi mədəni azadlıq və ayrıseçkiliyə məruz qalmadan mədəni dəyərlərini həyata keçirmək azadlığıdır.  Mədəni azadlıqlar əsasən insan hüquqları və 21-ci əsrdə getdikcə dəyişən cəmiyyətinin inkişafı üçün qəbul edilməlidir. Bütün insanlar öz etnik, dil və din azadlıqlarını qorumaq hüququna malik olmalıdır.   İqtisadi qloballaşma mədəni azadlıqların qorunmadığı və hörmət edilmədiyi şəraitdə uğur qazana bilməz, mədəni müxtəlifliyə qarşı ksenofobik davranışlar müəyyən olunmalı və aradan qaldırılmalıdır. 

Senin dedikləri ilə bağlı çox az adam mübahisə edə bilər. Faktiki olaraq, bir çox müşahidəçilər onun düşüncələrini bayağı hesab edirlər. Lakin əsas problem öz vətəndaşlarına azadlıq verməyən dövlətləri necə dəyişmək olar məsələsidir. Senin bunlar bağlı bəzi tövsiyələri var.

Üstəlik, azadlıq kəsirləri hələ də mövcud olmağa davam edir və bu vəziyyət geriyə doğru dəyişə bilər. Siyasi azadlıqlar ABŞ və Yaponiya, həmçinin Avropa oliqarx gücləri şəxsi maraq siyasəti ilə kompromisə gəlməyə çalışırlar. Proteksionizm geniş bir anlayışdır, xüsusi ilə Yaponiya və Avropada kiçik və orta iqtisadi azadlığı məhdudlaşdırır. Zənginlərin səhiyyə və təhsil xidmətlərinə yoxsullara nisbətən çıxışı daha yaxşı olduğu üçün sosial imkanlar məhduddur. Sen milli azadlıqlar məsələsində bizlər üçün yaxşı xidmət göstərmişdir. Bu məsələlər nə qədər çox müzakirə edilərsə bir o qədər yaxşıdır. Lakin inkişaf böyük dəyişiklər tələb edir. Daha fundamental olaraq, Amartya Sen fərdi azadlıqların cəmiyyətdəki roluna toxunmur,  birlikdə azad yaşamaq üçün hər kəs bəzi azadlıqlarından məhrum olmalıdır/imtina etməlidir.

Müəllif:

Con Vest

İcraçı Direktor

Asian Century Institute

www.asiancenturyinstitute.com

Ədəbiyyat siyahısı: 

– Amartya Sen. Development as Freedom. 1999

– United Nations Development Programme (UNDP). Human Development Report 2004, “Cultural Liberty in Today’s Diverse World”.

Tərcümə edən:

Nazilə Quliyeva, Sosial İş Məktəbi

Mənbə: https://www.asiancenturyinstitute.com/development/333-amartya-sen-on-developmentas-freedom#:~:text=Development%20is%20the%20process%20of,they%20have%20reason%20to%20live%E2%80%9D 

“AZƏRBAYCANDA SOSİAL XİDMƏTLƏR VƏ PROQRAMLAR” MÖVZUSUNDA VEBİNAR

Vebinar haqqında

Sosial İş Məktəbinin növbəti vebinarı “Azərbaycanda Sosial Xidmətlər və Proqramlar” haqqında olacaq. Vebinarın keçirlməsində məqsəd ölkəmizdə olan sosial xidmətlər və proqramlar haqqında sosial işçiləri, sosial iş tələbələrinini məlumatlandırmaqdır. 

Vebinarın spikeri

Gülqədəm Fərmanlı Dadaşova sosial işçidir. Bakı Dövlət Universitetində sosial iş üzrə bakalavr dərəcəsini tamamlamış, daha sonra Anadolu Universitetində magistr təhsili alıb. Əlilliyi olan şəxslər, uşaqlarla sosial iş, sosial xidmətlər sahəsində sosial işçi kimi fəaliyyət göstərib. Hal-hazırda DOST Agentliyinin sosial xidmət məsələləri üzrə sosial agenti vəzifəsində çalışır.

Vebinarın tarixi: 19 fevral 2023-cü il

Vebinarı saatı: 18:00 – 19:30 (1,5 saat)

Vebinar Zoom platformasında baş tutacaq və iştirak ödənişsizdir.

SİM Təcrübə Proqramı 2023

Sosial İş Məktəbi Təcrübə Proqramı Elanı

Sosial İş Məktəbi (SİM) gənc sosial işçilər və sosial iş tələbələri üçün təcrübə proqramı elan edir.

Təcrübə proqramında iştirak edəcək sosial işçi və ya sosial iş tələbəsi aşağıdakıları əldə edəcək:

● Sosial iş ilə bağlı nəzəri və praktiki təcrübə;

● Sosial iş ilə bağlı kitabxanaya çıxış imkanı;

● Sosial İş Məktəbinin komandası və ekspertlərinin bilik və təcrübəsindən faydalanmaqimkanı;

● Yerli və beynəlxalq səviyyədə sosial işçilər ilə işləmək imkanı;

● Akademik yazı, tədbirlərin təşkili sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı;

● Sosial işlə bağlı beynəlxalq və yerli tədbirlərdə iştirak etmək imkanı;

● Yeni tanışlıqlar vasitəsilə netvörkünü inkişaf etdirmək imkanı və s.

Tələblər:

● Sosial iş üzrə ən azı bakalvar dərəcəsi olmalı və ya ən azından sosial iş üzrə bakalavr tələbəsi;

● Azərbaycan dilində səlis və ingilis dilində isə orta səviyyədə danışmaq və yazmaq bacarıqları;

● Təcrübədən səmərəli faydalanmaq üçün ədalətli, müstəqil işləmək, təşəbbüs və çeviklik nümayiş etdirmək bacarığı;

● İlkin tədqiqat bacarıqlarının olması;

Təcrübəçi nə iş görəcək?

– SİM kursları, onlayn və ənənəvi qaydada təşkil olunan seminarlarını təşkil edilməsində dəstək;

– SİM sosial media hesablarının idarəedilməsi;

– Kurslara qeydiyyatın aparılması və tələbələrlə işin, eləcə də operativ kommunikasiyanın təşkil olunması;

– Sosial iş ekspertləri ilə əlaqələrin qurulması, SİM portalına məqalələrin cəlb olunması;

– Tədbirlərin və görüləcək işlərin planlanmasının təşkili və nəzarət.

Təcrübə müddəti: 6 ay

Necə müraciət etməli?

Təcrübə proqramı ilə maraqlanan namizədlər CV, motivasiya məktubu və 1 dəqiqəlik videonu (1 dəqiqəniz olsaydı özünüz haqqında qarşı tərəfə nə deyərdiniz?) “SİM: Təcrübə Proqramı 2023” başlığı ilə sosialishmektebi@gmail.com email ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 20 dekabr 2022-ci il